Full transcript
0:00Bəndəm səni özüm kimi yaratmışam. Əbdi
0:03gəl mənim yanıma. Mən dediklərimi elə.
0:06Səni də özüm kimi eləyim. Mən deyirəm
0:09olur. Sən deyərsən ol.
0:11>> İlk olaraq istəyərdim elə paklığın
0:13əxlaqda rolu barəsində danışasın.
0:15>> Dil ədəndə demək olar ki, ən kiçik, ən
0:18xırda hissədir. Amma günahları hamıdan
0:22böyükdür. Allahtala peyğəmbərə buyurur
0:24ki, onlara deyinən onlar hələ mömin
0:27deyillər. Desinlər ki, biz müsəlmanıq.
0:28İnsan səni iki səadətə çatdıra
0:31bilər. Birincisi imandır. İkincisi
0:33təzkiyə. İnsan əxlaq təharətinə çatmasa,
0:38mənəvi ruzisi olmayacaq. İnsan ona
0:41verilən üzvləri, duyğu üzvlərindən
0:44tutmuş əqlə, ruha qədər hamısını
0:47paklaya-paklaya getməlidir ki, ilahi
0:50bəxşişləri ala bilsin və həm də alanda
0:53bilsin ki, bu hardan gəldi.
1:07>> Bismillahir rəmanir rahim. Salam olsun
1:09ilahi əxlaq izləyicilərinə. Salamlayırıq
1:12hər birinizi. Bu gün yenə hər zaman
1:14olduğu kimi dəyərli ilahiyyatçımıza
1:16əxlaq mövzusundan suallarımız olacaq.
1:19Bir sözlə bizə ayrılmış müddət ərzində
1:22sizin xidmətinizdə olacağıq.
1:24Salamlayırıq hac sizi. Əleykumam və
1:27rəhmətullah. Mən də sizi və
1:29izləyicilərimizi salamlayıram.
1:31>> İlk olaraq istəyərdim elə paklığın
1:33əxlaqda rolu barəsində danışas.
1:35>> Bismillahir rəhmanir rəhim.
1:39və quvvətə ill billahilim
1:42rbişrə sədri və əmri
1:50paklıq bilirsiz hər elmin, hər sahənin
1:54özünün termini var.
1:57Hətta bəzən eyni terminlər ayrı-ayrı
2:00sahələrdə ayrı-ayrı mənalara istifadə
2:02olunur.
2:03Paklıq da islam dinindən
2:07təharətə deyilir.
2:10Bilirsiz Allah-tala insanı yaratdı
2:13və yaradandan sonra qeyd elədik bundan
2:16qabaqkı verilişlərdə boş buraxmadı. onu
2:19həm də hidayət elədi.
2:25Xəlq elədi, sonra da hidayət elədi. Yəni
2:27yönəltdi.
2:30İnsanlıq necə olmalıdır, ona tərəf
2:33yönəltdi. Adicə biz bazardan bir dənə
2:36toz soran alanda içində instruksiyası
2:38olur ki, bundan necə istifadə eləmək
2:40olar. Allah təala bu boyda bəşəri,
2:42insanı yaradıbdır və Quranı onun üçün
2:45instruksiya, hidayət kitabı göndərib.
2:47Yəni belə deyək, xilqət, insanların
2:50yaradılışı xilqətdir. Xilqətin təkmil
2:54olması isə Allahtala xilqəti hidayətlə
2:57təkmil elədi. Yəni hidayət xilqətin
3:00davamıdır. Allahın xəlq etməkin
3:03davamıdır. Hidayətin içində
3:07ona şəriət göndərdi.
3:10Şəriətin də öz terminləri var. Şəriətin
3:14elminə biz fiqh deyilik. Ümumiyyətlə,
3:17əvvəldə qeyd eləmişdik, islamın üç dənə
3:19elmi var. İslam dininin üç elmi var.
3:22Əiddir, əxlaqdır, əhkam.
3:26Təharətə biz fiqhdə, yəni əhkamda üç
3:30şeyə deyirik təharət.
3:33Biri qüslur, biri təyəmmümdür, biri də
3:36dəstəmaz.
3:38Yəni zahiri təmizlik, zahiri təharət
3:41bundan ibarətdir. Allah təala ki Vaqeə
3:43surəsində buyururun,
3:48yəni ona paklardan başqa heç kəsin əl
3:50vurmasın. Həm zahiri mənada, həm batini
3:54mənada. Yəni zahirən dəstəmazsız,
3:57qüsursuz əl vurma.
3:59Batinə də mənasını da ancaq paksansa
4:04ona əl vura biləsən. Yalnız paklar
4:06toxuna bilər. Yəni paklar onu təhlil
4:08eləyə bilər. Bu pakları deyəndə nəzərdə
4:10tutulur?
4:13Əhkamla işimiz yoxdur. Dedik ki, qüsdur,
4:15dəstəmazdır
4:16və bir də təyəmməm. Amma əxlaqda təharət
4:22dedi ha.
4:24Başqa-başqa sahələrdə
4:26terminlər başqa məna verirlər. Şəriətdə
4:29nəfsi sailə deyəndə dörd kameralı ürək
4:32nəzərdə tutur. Nəfs yəni ürək. Fəlsəfədə
4:35nəfs, yəni substansiya, yəni eyni söz
4:38müxtəlif sahələrdə, müxtəlif mənalar
4:40işlənir. Əxlaqda da təharət insanın
4:44batinini paklamaqdan ibarətdir. İnsanın
4:48batinin paklamağı nədir? Yəni, yəni
4:54əxlaqı paklamaq.
4:57Əxlaqın nə qədər aidiyyatı olan insanda
5:01qüvvələr var, onların hamısını paklamaq.
5:05Bilirsiz bizim hiss üzvlərimiz var.
5:11O hiss üzvlərimizi başlamaq bizə
5:14vacibdir.
5:16Əli əleyhissalama sual verdilər ki, necə
5:19oldu sən Əmirülmöminin Əli əleyhissalam
5:22oldun? Buyurdu ki, mən qapılarıma qapıçı
5:24qaldım. Qapılarıma yaxşı qapıçı qaldım.
5:28Belə deyək, insan əxlaq təharətinə
5:31çatmasa,
5:33mənəvi ruzisi
5:35demək olar ki, olmayacaq.
5:38Hər nə qədər o əxlaqdakı paklığa,
5:42təharətə çatsa, bir o qədər ilahi,
5:45mənəvi ruzilər gəlib çatacaq ona və
5:49Allahtalanın hədiyyələrini, bəxşişlərini
5:52qəbul eləməyə
5:54hazır olacaq.
5:56Yoxsa insan pak olmasa tutalım
6:02məsələn bir yerdəyəm, boynumda qüsl var.
6:06Mənə dedilər ki, o Quranı gətir ver
6:08mənə.
6:10Bir növ ədəbsizlikdir qüslə o Quranı
6:13gətirib vermək. Nə qədər insan əziyyət
6:15çəkir ona. O savab ki var idi,
6:18mütərəddib idi mən Quranı aparıb ona
6:20verməyə. O savab ki, var idi, o bir dənə
6:23ölü savaba çevrildi.
6:26Ümumiyyətlə insan
6:28əgər
6:30dəstəmsız zikr deyirsə, dəstəmsız yaxşı
6:33əməl eləyirsə, qəbuldur, qəbul deyil
6:36deyə bilmərik. Amma əgər dəstəmazsız,
6:38pak olmadan edirsə, cansız olur.
6:41Yükləyirlər onun öz belinə gətir
6:43dalınca. Amma dəstəmazlı olanda səndən
6:47qabaq gedir. Çünki canlı varlıq olur o.
6:50ruhu olur. Onun ruhu dəstəmazdır.
6:52Dəstəmaz bir dənə
6:55ruhani bir şeydir. Dəstəmaz adi bir
6:57deyil ki, məsələn, bizə deməyiblər ki,
6:59sabunla yuyun özünüzü. Əgər təmizlənmək
7:02məqsəd olsaydı, digər də sabunla
7:04niyyətlə yuyun deyiblər. Deməli bunun
7:06ruha təsiri var. Məqsədli şəkildə
7:09məqsədyönlü yuyun deyir. Deməli bunun
7:12özünün məqsədi var. Özünün bir dənə
7:15mənəvi tərəfi var. bu ilahi hədiyyələri
7:18almaqda, savabları almaqda, canlı
7:21savabları almaqda
7:23bizə kömək eləyir. O şeylər ki, əxlaqda
7:27təmizlənməlidir, o şeylər ki, əxlaqda
7:30paklanmalıdır, təharət
7:32baş verməlidir. Onun birincisi
7:36insanın dilidir.
7:38Dil bədəndə demək olar ki, ən kiçik, ən
7:41xırda hissədir.
7:44Amma günahları hamıdan böyükdür.
7:48Belə bir deyim var. Deyir,
7:51səhər oyanırlar, bədən üzvləri
7:54oyanırlar. Dil bir-bir soruşur, ay baş
7:57necəsən? Ay göz necəsən, nə bilim, ay
8:00barmaq necəsən, ay dırnaq, ay qan, ay
8:03damar necəsən. Bir-bir soruşur da bütün
8:04orqanlardan. Hamısı bir ağızdan deyirlər
8:06ki, sən sakit qalsın, biz yaxşıyıq.
8:09Sən dəyməsin, biz yaxşıyıq. Dil xırda
8:13bir olmasına baxmayaraq, çox böyük
8:15günahları boynuna götürübdür. Təqribən
8:18əxlaq ustadları bir 300 dənə dil üçün
8:21günah sayıblar. 300 ədəd. Xırda bir dənə
8:27bədən materialından da başqa bir
8:28materialdır. Amma 300 dənə bunun günahı
8:32var. Onu başlamaqdan insana bəlkə də bir
8:34ömür lazımdır. Allah rəhmət eləsin.
8:37Seyid Mehdi Bəhrül
8:40ömrünün sonunda
8:43şükr səcdəsi elədi. Tələbələri dedilər
8:44ki, ağa bu nəsə şükr səcdəsi idi. Dedi
8:48ki, indi elə bil mənə çatdı ki,
8:50təkəbbürdən uzaqlaşdım
8:53ömrünün sonlarında. Yəni bu paklamaq elə
8:56adi yudun getdi deyil. Bu paklamaq
9:00həqiqi paklamaqdır. İnsan gərək dilini
9:03paklasın. İnsan gərək hiss üzvlərini
9:06paklasın. İnsan gərək vahimə qüvvəsini
9:09paklasın. İnsan xəyal qüvvəsini
9:12paklasın. Xəyal qüvvəsi şeytanın
9:16oylağıdır.
9:18İnsan gərək idrak qüvvəsini paklasın.
9:20Əgər bu gün lap savadlı insanların
9:23arasında siz də görürsüz insanları. Biz
9:26də şahidiyik. lap savadlı insanların
9:29arasında, lap möhtərəm insanların
9:30arasında, kostyum gedib qalusluqla gəzən
9:34insanların arasında kasıblar var ki,
9:37kasıblıqlarından
9:39utanırlar. Varlılar var ki,
9:41varlıqlarından iftixar eləyirlər.
9:44Bu cahilliyin nişanəsidir də əlamətdir.
9:47Yəni biz pak deyilik.
9:49Yəni biz insan olaraq bir-birimizdən
9:52insan kimi davranmaq qüdrətinə malik
9:54deyilik. Biz hələ cahilik, biz hələ
9:56nadanıq deməkdir. İnsan bir-bir
9:59paklamalıdır idrak qüvvəsini, əql
10:01qüvvəsini, ruhu paklamalıdır insan. İndi
10:05onların paklanması necədir? Başqa bir
10:07verilişin mövzusudur. Yəni insan bu ona
10:11verilən üzvləri, duyğu üzvlərindən
10:14tutmuş əqlə, ruha qədər hamısını
10:17paklaya-paklaya getməlidir ki, ilahi
10:21bəxşişləri ala bilsin və həm də alanda
10:24bilsin ki, bu hardan gəldi.
10:27O
10:29Şəms surəsində bir dənə ayə var. Quranda
10:32bir dəfə gəlib o.
10:35Hər halda mən belə bilirəm. Quranda bir
10:37dəfə
10:40ilham.
10:42Ona pislikləri və yaxşılıqları ilham
10:45elədi. Allah təala buyurur. İnsana deyir
10:49ilham elədi. İlhamın mənası nədir? Vəh
10:51nədir? İlham nədir? Deyirlər eyni şeydir
10:53təxminən. Amma vəhiy alan bilir ki,
10:57hardan gəlib. İlham alan bilmir hardan
10:59gəlib.
11:01İndi biz
11:03ilahi bəxşişləri əlbəttə ki, hamıya
11:06çatır. Bu
11:08alırıq
11:10amma bilmirik hardan gəlib. Niyə? Çünki
11:12paklığımız yoxdur o qədər.
11:15Biz lap əvvəlki verilişlərdə
11:19yadınıza gəlirsə təcliyədən danışdıq.
11:22Təcliyyə ilahi cilvələrdir.
11:24İlahi cilvə. Yəni Allahtəala
11:29insanın canında, insanın ruhunda
11:32cilvələnməyə başlayır. İlahi işlər
11:34cilvələnməyə başlayır. Orda ki Allahtala
11:37buyurdu
11:41bütün adları,
11:44isimləri
11:46Adəmə öyrətdi.
11:48Bunun bir mənası da budur ki, Allahın
11:51əsma və sifatı, adları və sifatı həzrəti
11:56Adəmdə, yəni Adəmə övladında silvələndi.
12:01Yəni Allah-Təalanın
12:04rəzzaq sifəti Allaha məxsusdur.
12:08Allahtalanın rəhman sifəti Allaha
12:10məxsusdur. Allah yəni bütün sifətlərdə.
12:14Amma Allahtala onların hamısını insanda
12:16cilvələndirib.
12:19Yəni
12:20bəndəm, səni özüm kimi yaratmışam.
12:24Əbdiəni gəl mənim yanıma, mən
12:27dediklərimi elə,
12:29səni də özüm kimi eləyim.
12:32Mən deyirəm ol, olur. Sən deyərsən ol,
12:35olar.
12:37Bu qüdsi hədisdir.
12:39Yəni
12:41insan əxlaqi
12:45mərtəbələrlə özünü paklaya-paklaya
12:48gedərsə, ilahi bəxşiş işləri ala bilər.
12:51Daha çox ala bilər. Yəni həcmi böyüyər
12:54də daha çox ala bilər. Üstəgəl bilər ki,
12:57mən bunu hardan alıram.
12:59bilər ki, bu hardan gəlir?
13:02Buna
13:04batini təharət deyilir.
13:07Bu işə
13:09Allah təala Qurani-Kərimdə ümumiyyətlə
13:14iki dənə
13:16səadət amili müzakirə eləyir. Yəni
13:20insanı xoşbəxtliyə və səadətə çatdıran
13:23iki dənə amil barəsində danışır. Və
13:26təkcə iki amil barəsə. Səadət
13:29digər
13:31dinlər və digər sahələrlə islam dininin
13:36səadət dediyi eyni deyil. İslam
13:41səadətə daha kompleksdir, daha bütöv
13:44baxır. Amma digər
13:48sahələr isə
13:51və yaxud digər dinlər isə səadətə bir
13:54yönümlü baxır.
13:56Allahtala buyurur ki,
13:59insan səni iki səadətə çatdıra bilər
14:03və bəs və bundan sonra da yoxdur. İki
14:06yanına səni saadət çatdırar.
14:09Birincisi imandır, ikincisi təzkiyədir.
14:13Təzkiyə yəni paklamaq.
14:16Məsələn, tutalım xaricdən bir dənə dəri
14:19materialı gəlirsə bura biz onu alıb
14:22namazda geyə bilərik. Əgər təzyi
14:25olunubsa, yəni paklığı yəqin bilinirsə
14:27ki, orda bismillahla üzü qibləyə kəsilib
14:30heyvan,
14:32o zaman giyə bilər. Təzki olunmuş təzki,
14:34yəni pak, paklamaq.
14:37Zəkat da o kəlmədəndir. Təz ki, yəni
14:42səadətə fəlah deyilir. Fəlah, yəni
14:45xoşbəxtlik, fəlah. Fəlah da
14:49əkinçiyə də fəllah deyilir. Əkinçiyə.
14:53Yəni
14:55səadət
14:58əkinçinin payıdır. O insan ki, özündə o
15:01səadətin toxumunu əkib, becərib, həmin o
15:05adama deyirlər fəlaha çatdı.
15:09İman və təzkiyə.
15:12Bu iman və təzkiyənin hər birinin
15:15dəryalar qədər tərcümələri, təhlilləri
15:18var. İman biz elə bilirik ki, inanırıq
15:21oldu iman. və yaxud bilirik oldu iman.
15:25Xeyr, bu iman getdikcə mərifəti
15:28möhkəmlətməlidir,
15:30tohidi möhkəmlətməlidir,
15:33mərifəti möhkəmlətməlidir. Yəni inamla
15:36yanaşı əməl daim olmalıdır.
15:41Məsələn,
15:43biz təsəvvür eləyə bilmərik ki, sübh
15:47azanına yatıb qalaq və çox rahat da
15:51duraq.
15:52Hardasa bir əziyyət çəkirik, hardasa bir
15:56xəcalət çəkirik.
15:58Amma adam var məsələn sübh namazına
16:02yatıb qalsa da durur yatıb qalmışam da.
16:06Yatıb qalmışam.
16:08Yəni heç narahat da deyil bu. Sadəcə
16:11bilir.
16:14Biz buna mömin deyən bilmərik. Necə ki,
16:19Allah təala peyğəmbərə buyurur ki,
16:20onlara deyinən onlar hələ mömin
16:23deyillər. Desinlər ki, biz müsəlmanıq.
16:25Bəni Əsəd qəbiləsi idi zahirən. Gördü
16:28ki, peyğəmbər sallallahu və səm
16:30müsəlmanlara,
16:32möminlərə pul bölüşdürür. Yəni
16:35beytülmaldan haqq verir. Bunlar dedilər
16:38ki,
16:40biz də möminik.
16:43Amənna
16:45qalət amənna. dedilər ki, biz də iman
16:48gətirdik.
16:50Allahtala peyğəmbərə buyurur ki, de ki,
16:52biz müsəlman olduq. Onlara, onlar
16:55desinlər ki, biz müsəlman olduq. Hələ
16:57mömin olmağa çox var. Hələ mömin
17:00olmayıblar.
17:01İndi mömin olmaq odur ki, əməllə
17:05inam yanaşı olsun.
17:08İnam ümumiyyətlə əməli yanında olan
17:11inama deyilir. Elə hər inama, hər
17:14bilgiyə iman deyilmir.
17:17Əməllə yanaşı olan buyurur ki, iman və
17:22təzkiyə ilə insan səadətə çatar. Təzkiyə
17:25nədir? O əkinçi, o bağban, məsələn, üzüm
17:29tənəklərini görürsən noyabr ayında
17:32başlayır budamağa.
17:35Gözlərin o tumurcuğun gözlərini sayır.
17:38Bir, iki, üç ordan kəsir. Bir, iki, üç
17:41ordan kəsir. Təzkiyə bir növ o cürdür.
17:44İnsan baxır görür ki, mənim günaha qarşı
17:48tormuzum yoxdur.
17:50O tormuzu özündə yaratmaqdan ötrü lazım
17:53olmayan hissələri kəsib atır, tullayır.
17:57O şeylər ki, buna ağırlıq eləyir. O
17:58ağırlıq eləyənlərdən biri ən böyük
18:00günahdır da. Günah ki, buna ağırlıq
18:02eləyir. O günahı elə hey kəsə-kəsə
18:04gedir. Və o bağban üzüm tənəyini kəsdi.
18:09O demək deyil ki, ağacı balacalaşdırdı,
18:12zəiflədi. Xeyr, daha məhsullar elədi.
18:16İnsan da zəkat verdikcə daha məhsullar
18:19olur. O cümlədən
18:22insanın imanı da nə qədər ki, insan
18:24özünü təzkiyə eləsə, bir o qədər
18:27məhsullar olur. O qədər ilahi vergiləri,
18:31ilahi
18:32bəxşişləri qəbul eləməyə hazır olur və
18:36onu qəbul eləyə bilir. Allah bir ayədə
18:39buyurur
18:42Şəms surəsində
18:46kim ki təzkiyə elədi, o
18:49fəlaha çatdı, səadətə çatdı, xoşbəxt
18:53oldu.
18:54Və bir
18:57surənin başlanğıcında
19:00möminlər fəlaha, səadətə çatdılar.
19:04Yəni bu ayələrin ikisini bir yerə
19:06çatanda, qoyanda məlum olur ki, möminlər
19:10həm də təzkiyə eləyənlərdir. Yəni bu iki
19:13sifət bir yerdə olanda insan həm mömin,
19:17həm təzki edən olanda olur səadətli,
19:19olur xoşbəxt.
19:22Xoşbəxtliyin dadı nədir biz bilmirik
19:24deyə
19:26elə bir-birimizi barmağımızı qoyub deyə
19:28bilmirik ki, bax bu rəngdədir və yaxud
19:30bu daddadır. Xoşbəxtlik xoşbəxtliyi
19:32gərək özün gedib tapasan. Bir nəfər vəsf
19:36eləməklə adam xoşbəxt ola bilmir. Bir
19:39nəfər danışmaqla adam xoşbəxt ola
19:41bilmir. Bu şeylər gedib çatılmalı
19:44şeylərdir. Gərək insan getsin təzkiyə
19:47eləsin özünü, imanını gücləndirsin,
19:50tohidini gücləndirsin. O fəlah ki, Allah
19:53buyurur, həminn fəlaha çatsın.
19:56O fəlah ki, Allah tala bizim üçün
19:58yaradıb
20:00və yaxud insanı nə üçün yaradıb?
20:03Allah.
20:06Ümumi qurana baxanda
20:08çoxlu mənalar var, çoxlu sözlər var.
20:14Mən sizi mənə bəndə olmaqdan ötrü
20:16yaratdım və yaxud
20:19imtahandan ötrü yaratdım. Bunlar
20:20hamısını bir yerə yığanda baxıb görürsən
20:22ki, Allah tala bizi üç şeyə görə
20:24yaradıb. Cəmi
20:26üç şeyə görə. Onu da öz ehtiyacından
20:28yox,
20:30bizə dəyər verərək yaradıb. O üç
20:33nədir? Birinci,
20:36yəni Allah sizə rəhm eləmək istəyir.
20:39Bizə rəhm eləmək, bizi rəhm eləməkdən
20:41ötə yaradıb. İstəyib ki, rəhm eləsin,
20:44bizi yaradıb rəhm eləyib.
20:47İkincisi imtahandır. Yəni dünya,
20:51ümumiyyətlə dünya hamısı
20:55belə deyək çərçivələrdən ibarətdir.
20:57Hansı tərəfə gedirsən, qəzadır,
21:00hamısı imtahandır.
21:03Sən əgər
21:06bu mərhələlərdə seçimini düz elədinsə,
21:12seçim bu imtahanda seçimini düz
21:14elədinsə,
21:16Allahın rəhmətinə çatırsan. İmtahan,
21:19seçim və rəhmət. Allah bundan ötrü
21:22yaradıb bizi. Eyni vaxtda azan səsi də
21:24gəlir, domino səsi də gəlir. Sən hansı
21:26tərəfə gedirsən, o tərəfin adamısan.
21:30Əgər seçimini düz eləsin, azan tərəfə,
21:32azan gələn tərəfə getsin. Deməli,
21:35imtahandan düzgün çıxdın və rəhmətə nail
21:37oldu.
21:39Yenə də deyirəm, bu şeyləri deyəndə adam
21:43belə deyim, barmağını qoyub sübut eləyə
21:45bilmir ki, belədir. Bura gedib gərək
21:47gedib çatasan, oranın ləzzətini biləsən.
21:51Şeyx Tusi rəhmətlik
21:53bir dənə məsələ həll eləyəndə çıxırdı
21:56deyirlər damə.
22:00Qədim Bakının evləri dilə idi də dam var
22:02idi. Çıxırdı əllərini də qaldırırdı.
22:05Gecə saat məsələn üçdə dörddə əllərini
22:06də qaldırdı. Deyirdi
22:10hanı o padşahlar, hanı padşahın
22:12övladları görsünlər hələ mən indi
22:14çəkdiyim bu keyfdən çəkə bilirlər. Heç
22:18görüblər belə bir keyf.
22:20O şeylər gedib çatmaqladır.
22:23O şeyləri danışmaqla insana belə deyim
22:26sirayət elətdirmək olmur. Allahtala
22:28buyurur ki, xoşbəxtlik o adamın
22:32malıdır ki, o adam səadət səadətə çatıb.
22:37Xoşbəxtlik o adamın payıdır ki, o adam
22:40mömindir.
22:42İndi nədir? Dadı necədir, gərək çatıb
22:45biləsən. Elə belə qıraqdan deməklə
22:48Allahdan buyruq. ağzıma quyruq olmur.
22:51Gərək insan qədəməqədəm getsin,
22:54bu işləri görsün. Əlbəttə, Allah-təala
22:57da bilirsiz
22:59elə gözləmir ki, insan elə hey
23:02çətinliklərin içində olsun. İmtahan
23:05eləyir. Amma bir də görürsən elə kömək
23:08elədi.
23:10Adam məhdər qalır ki, ilahi bu kömək
23:12hardandır? Sadəcə o paklıq lazımdır ki,
23:15biz bilək doğurdan da Allahdan gəldi
23:17kömək.
23:19Görürsən şofer maşını sürür.
23:23Təhlükəli bir dənə şərait yarandı. O
23:26təhlükəli şərait Allah, Allah, Allah
23:28deyir. Elə ki keçdi deyir gördü nətəər
23:31neynədim
23:32da orda Allah olmadı. Bayaqdan Allahı
23:36çağırdı da fikirləşmir ki, Allah məni
23:38qurtardı ha.
23:40Deyir ki, gördün ney elədim? Çətinliyə
23:42düşəndə Allah, Allah. Allah özü quranda
23:45buyururdu, buyurur ki, elə ki gəmiyə
23:47minirsiz, gəmi dəniz təlatüm eləyir,
23:52ağlınıza müxtəlif fikirlər gəlir.
23:55İxlasla Allahdan yapışırsan. Amma elə
23:57ki, gəlib bayıra çıxdınız, quruya
23:59çıxdınız, əvvəlki işlərlə davam
24:01eləyirsiz.
24:03Odur. İnsan nə qədər özünü paklasa, nə
24:06qədər təzə eləsə, imanını nə qədər
24:08gücləndirsə, nə qədər tohidi güclü olsa,
24:12bir o qədər ilahi bəxşişləri duyacaq,
24:15hiss eləyəcək. Və
24:18əxlaq təharəti bundan ibarətdir ki,
24:22insan o bəxşişlərə özünü hazırlasın.
24:26>> Allah razı olsun. Çox sağolun hacı.
24:28Minnətdarlığımızı bildiririk. Amma
24:30vaxtımız bitdiyi üçün sağollaşmalıyıq
24:33izləyicilərlə. İnşallah növbəti
24:35verilişlərdə yenə də davamlı danışarsız
24:38inşallah.
24:40>> Bəli, dəyərli izləyicilər, bugünkü
24:42proqramın sonuna çatdıq. Növbəti
24:44verilişlərdə görüşənə qədər. Allah
24:46amanda qalın.