Free YouTube Transcribe

Video transcript

Təcvid dərsləri – 7. Bölüm

QuranTvOfficial · 1,180 words · 6 min read

Want to search this transcript, jump the video from any line, or download it as TXT, SRT, or VTT?

Open in the transcript tool

Full transcript

0:00Bismillahir rəhmanir rahim. Salam əziz

0:02və dəyərli izləyicilərimiz. Hər birinizi

0:05Ali Təcvid dərsində xoş gördük. Çatdıq

0:08yeddinci dərsimizə. Ən mühüm bəhslərdən

0:11biri hərflərin məxrəc bölümü. Təcvidin

0:15ən mühüm bölmələrindən biri də hərflərin

0:17məxrəcləridir. Elə buna görə də qari

0:20bunu çox dərindən bilməlidir. Çünki

0:22hərflərin məxrəclərini tanımaq və onlara

0:25əməl etmək başqa təcvid qaydalarını icra

0:28etməyin əsasını təşkil edir. Bu bölümdə

0:32hər bir hərfin yaranma yerindən bəhs

0:34olunur. Sonunda qari hər bir hərfin

0:37yaranma yeri və onun yaradan üzvlərini

0:40tanıyacaq inşallah. Yəni biz bunların

0:42hamısını ətraflı şəkildə sizə izah

0:46edəcəyik. Quran qarisi bu bölmələri

0:48bildikdə hərf hardan yaranır və hansı

0:52üzvlər hərfi yaradır, onları geniş

0:54şəkildə biləcək. Belə olan təqdirdə qari

0:58hərflərin məxrəclərini səlli şəkildə

1:01tələffüz edəcək və bu da Quran Kərimin

1:04gözəl oxunuşuna gətirib çıxaracaq.

1:06Danışıq prosesi bədən üzvlərinin

1:08əməkdaşlığı ilə baş verir ki, onlarla

1:12biraz ətraflı tanış olaq. Birincisi,

1:15tənəffüs orqanları. Bura diafraqma

1:18əzələləri, döş qəfəsinin qabırğaları,

1:22qabırğalar arası əzələlər, ağciyərlər və

1:26traxiya aiddir. Yəni nəfəs borusu

1:28aiddir.

1:30İkinci, qırtlaq və onun daxilindəki səs

1:33telləri.

1:35Üçüncüsü boğaz boşluğu, dördüncüsü ağız

1:39boşluğu. Bura boşluq, dil, dilçək,

1:43dişlər, diş əti və damaqlar aiddir.

1:49Beşinci çənələr, altıncı dodaqlar,

1:53yeddinci burun boşluğu. Əlbəttə, eşitmə

1:57sistemini də bəzi alimlər, təcvid

1:59alimləri danışıq üzvlərinə daxil edə

2:01bilər. Çünki ananəlmə eşitmə sistemi

2:04qüsurlu olan insan adətən danışa bilmir.

2:08Çünki insan hərfi eşidir və onu zehnində

2:11şəkilləndirir və sonra məxrəcə daşıyır.

2:14Belə bir fikirdə irəli sürüblər. İlk

2:17növbədə əhəmiyyətli olan budur ki, Quran

2:19qariləri hərflərin praktiki tələffüzünü

2:23öncə olaraq qulaq vasitəsilə, yəni

2:27eşidərək öyrənirlər. Uşaqlar da məhz bu

2:30yolla ana dillərini öyrənirlər.

2:33Amma daha sonrakı mərhələlərdə qarilər

2:36nəzəri baxımından da hərflərin yaranma

2:38yerlərini tanımalıdırlar ki, onları daha

2:42dəqiq tələffüz etsinlər və

2:44araşdırsınlar. Yəni Quran qarisi birinci

2:47hərfə qulaq asmalıdır. Hərfin düzgün

2:49formasını qulaq asmalıdır və sonradan

2:52onu gedib araşdırıb axtarmalı, məxrəc

2:55yerlərini öyrənməli və düzgün tələffüz

2:58eləməlidir. Gəlin danışıq üzvlərini

3:00qısaca izah edək. Birincisi tənəffüs

3:03orqanları idi. Tənəffüs orqanları havanı

3:06xaricə üfürür və nəticədə bunun

3:09danışıqda üç ümum rolu olur. Yəni üç

3:11mərhələyə bölür. Birincisi, havanın bir

3:14sıra maneələrlə qarşılaşması nəticəsində

3:17səslər yaranır. İkinci, havanın

3:20təzyiqini nizamlayaraq sözün və ya

3:23cümlənin bəzi hissəsi qabarıq şəkildə,

3:27bəzi hissəsi zəif şəkildə tələffüz

3:29olunur. Məsələn burda bə

3:33hərfinin səslərinə diqqət edin və sonra

3:36pə, təflərinin

3:39səsinə. Əlbəttə, ərəb dilində P hərfi

3:41yoxdur. Biz havanın təzyiqli və

3:44təzyiqsiz olmasını sizə burda misal

3:48vurduq. Onun üçün P hərfindən istifadə

3:50etdik. Üçüncü, hava axının azaldılıb

3:53çoxalması səs tellərinin titrəməsində,

3:56səsin zilə qalxıb bəmmə düşməsində

3:59təsirlidir. Bu tənəffüs orqanlarının

4:02izahıdır.

4:04İkinci qırtlaq işlətdik biz. Qırtlaq

4:06nədir? Qırtılaq və onun əsas ünsürləri

4:09hansılardır? Yəni səs telləri cəhr uca

4:14danışmağa deyilir və həmz pıçıltılı

4:16danışmağa deyilir. Xüsusiyyətli səsləri

4:19yaradır. Döş qəfəsi həmçinin boğaz, ağız

4:23və burun boşulları, qırtılaq səslərin

4:26güclü və əks sədalı ifadə olunmasında

4:29rol oynayır. Sonra gəldik boğaz. Boğaz,

4:34ağız və dodaqlarda müxtəlif səslər

4:36düzəlir. Üst çənə sabit, alt çənə isə

4:41hərəkətlidir. Üst çənə sabit orqanları,

4:44yəni səslərin yaranma yerlərini ehtiva

4:47edir. Bu orqanlar üst dodaq, üst dişlər,

4:52üst diş ətləri, sərt damaq, yumşaq

4:55damaq, dilçək və boğaz divarları ilə

4:59sona çatır. Deyərsiz ki, bunları

5:01bilməyin nə mənası, nə əhəmiyyəti var

5:04bizim üçün. Dəyərli izləyicilərimiz və

5:06təc həvəskarları, bu dediyimiz ünsürlər,

5:11bu dediyimiz orqanlar hərflərin yaranma

5:14yerlərində mühüm rolları var. Yəni biz

5:17hərflərin məxrəc sisteminə keçdikdə siz

5:20görəcəksiniz ki, bu adların hər biri

5:23sizin qarşınıza çıxacaq. Yumşaq damaq

5:26dedikdə, sərt damaq dedikdə, diş, diş

5:29əti, dodaq. Bunların hər birini siz

5:31eşidəcəksiz inşallah gələn dərslərimizdə

5:34Allahın izni ilə. Hərəkətli orqanların,

5:36yəni aşağı çənə, alt dodaq, dil, yuxarı

5:39sabit orqanlara yaxınlaşması nəticəsində

5:43və ya birləşməsi nəticəsində hərflərin

5:45məxrəcləri yaranır. İndi isə gəlin

5:48hərflərə keçək. Görək ərəb hərfləri

5:51hansılardır. Dəyərli təcvid

5:53həvəskarları, çatdıq hərflər bölümünə.

5:56Birinci biz hərf sözünü izah edək və

5:59onun tərifi ilə tanış olaq. Görək hərf

6:01nəyə deyilir. Hərf sözü lüğətdə yan

6:04kənar bir şeyin itiliyi mənasını verir.

6:07Çünki hər bir hərf sözün yanını yaxud

6:11onun əvvəl və son kənarlarını təşkil

6:14edir. Buna görə də sözün hissələrinə

6:17hərf deyilir. Ərəb dilində 28 hərf

6:20vardır. Onların adları aşağıdakılardır.

6:23Burda diqqət edin hərflərin yazı

6:26formasının, yəni heca formasın. Bir

6:30əlif, bə, tə, fə, cim, hə, xa, dəl, zəl,

6:39ra, zə, sin, şin, sad, bad, ta, d, əyin,

6:49fə, qaf, kəf, ləm, mim, nun, hə, va, yə,

6:58Burda bir şeyə diqqət etmək lazımdır.

7:00Hə, ra, ta, hə, yə hərflərinin sonunda

7:07həmzə görürsünüz. Surələrin əvvəlində

7:10olan müqəddə hərflərindən olarsa,

7:14həmzəsiz yazılacaq. Yəni Qurani Kərimdə

7:17siz bu təcviddə yazılan qaydada onu görə

7:20bilməyəcəksiniz. Təcviddə diqqət

7:22edirsiz, hərfdən sonra həmzə qoyulur ad

7:25olaraq. Amma Qurani-Kərimdə bunlar

7:28həmzəsiz yazılmışdır. Yəni bir sözlə

7:31desək,

7:33ərəb əlifbası iki hərfli və ya üç hərfli

7:37də hərfli hərflərdən ibarətdir. Odur ki,

7:40müqəddəsə hərflərin çoxunun adları

7:42üçərfli olduğu halda bəzilərinin adları

7:45ikəriflidir. Yəni iki hərfli hə, yə, ta,

7:50hə, ra üç hərfli əlif, sin, sad, əyin,

7:56qaf, kəf, ləm, mim, nun.

8:01Kəsrə hərf sayılmadığı üçün əlif sözü üç

8:04hərfli hesab olunur. Deyərsiz ki, əlif

8:06dörd hərflidir. Xeyr, əlif üç hərflidir.

8:10Əlbəttə, qədim və müasir alimlərin

8:12bəziləri öz kitablarında ərəb

8:15hərflərinin sayını da 29 demişlər. Onlar

8:19mədli əlifi və həmzəni bir-birindən ayrı

8:23müstəqil hesab etmişlər. Əllamə Mhəmməd

8:25ibn əlcəzəri

8:28təmhidu fil elmi təcvid adlı kitabında

8:32hərfləri bu tərtiblə nizamlayıb. Həmzə,

8:36bə, tə, fə və sair. Amma əlifbanı 28

8:41hərf hesab edənlər mədli əlifi müstəqil

8:44bir hərf saymırlar. Onların fikrincə

8:47əlifbanın başnağacındakı əlifin iki növü

8:50vardır. Mədli əlif və həmzə. Bir sözlə

8:56hərəkət qəbul edən əlif və ya hərəkət

8:58qəbul etməyən əlif. Hər halda əlifbanın

9:00hərflərində ilk hərf əlif adlanır.

9:04Müasir ərəb dili kitablarında da ərəb

9:06əlifbasının sayı 28 hərfdən ibarətdir.

9:10İlk hərf əlif adlanır. Əlifin birinci

9:13növü sakin əlif ki, buna mədli əlif

9:17dedik və ya ləyyin əlif də deyilir buna.

9:20mənası yumşaq əlif deməkdir. Müxtəlif

9:22cür yazıla bilir. Misallarına belə

9:24diqqət edin. Qalə bu qaydada yazılır.

9:28Məliki. Gördünüz fərqli yazıldı. Və ya

9:31həyatu

9:33səcə müxtəlif formada yazıla bilir. Və

9:36hər halda siz bunu gördükdən sonra təbii

9:40ki tanıyacaqsız və Qurani Kərimi

9:42oxuyanda çaşmayacaqsız. Amma ikinci növ

9:45hərəkəli əlif həmzə adı ilə tanınan və

9:48ona qeyri-mədli əlif də deyilir.

9:50Nisbətən sabit olan və söz

9:54başında başqa hərf olmadan işlənə

9:57bilməyən mədli əlifdən fərqli olaraq,

9:59yəni mədli əlif söz olmadı, hərf olmadı,

10:02işlənmir. Amma əlifdən, yəni mədli

10:05əlifdən fərqli olaraq həmzə müxtəlif

10:07hərəkələri qəbul edir. sözün əvvəlində,

10:11ortasında və sonunda da gələ bilir. Hər

10:14halda bilmək lazımdır ki, həmzənin əsl

10:17yazılış forması belədir ki, siz onu

10:19ekranda görürsüz. Misallara diqqət edin.

10:35Burda olan həmzələr məsələn əxə

10:38kəlməsinin əvvəlində olan əlif həmzədir.

10:43Biz yavaş-yavaş artıq hərflərin məxrəc

10:45bölümünə yaxınlaşırıq və məxrəc

10:49bölümündən əvvəl biz beş hissəni sizə

10:52təqdim etməliyik. Buna danışıq

10:54sistemində beş yer deyilir ki, bunlardan

10:58ibarətdir. Birincisi cof, yəni boşluq,

11:03boğaz, dil, dodaqlar, burun. Yəni biz

11:08hərflərin məxrəcində, bunu yaxşı yadda

11:10saxlayın. Biz hərflərin məxrəcində bu

11:13beş yerdən danışacağıq. Yəni birinci

11:16bölgə hansı hərflərə aiddir? Yəni cov

11:19bölgəsi, boğaz bölgəsində olan hərflər

11:22hansılardır? Dil dildə olan hərflər

11:25hansılardır? Dodaqlarda olan hərflər

11:28hansılardır? Və burun boşluğunda hansı

11:30hərflər deyilmiş olacaq. artıq görürsüz

11:34sistematik şəkildə tənəffüs

11:36orqanlarından başlayaraq gətirdi axırda

11:39bu beş mövzuda bizi cəmləşdirdi və

11:42inşallah bundan sonrakı dərsimizdə biz

11:45hərflərin məxrəclərinə girəcəyik və orda

11:49hər bir hərfi inşallah sizə xüsusi izah

11:52edəcəyik və məxrəcini deyəcəyik. Gələn

11:55verilişlərdə görüşmək ümidi ilə vəssalam

11:57aleykum və rəmətullahi və bərəkatuh. y

More from QuranTvOfficial

Recently added transcripts

Browse the whole transcript library

This transcript was generated from the captions YouTube publishes for this video. Get the transcript of any YouTube video atfreeyoutubetranscribe.com, free, unlimited, no sign-up.