Free YouTube Transcribe

Video transcript

Property rights in a market system | Basic Economic Concepts | AP(R) Microeconomics | Khan Academy

Khan Academy · 813 words · 4 min read

Want to search this transcript, jump the video from any line, or download it as TXT, SRT, or VTT?

Open in the transcript tool

Full transcript

0:00Bu videoda

0:01bazar əsaslı sistemdə iqtisadiyyatın

0:03düzgün işləməsi üçün vacib olan bir ideya

0:06haqqında danışacağıq.

0:08Bu, mülkiyyət hüquqları anlayışıdır.

0:10Buradakı təməl fikir odur ki,

0:13hər kəs hansı mülkün kimə məxsus olduğu və ondan

0:15necə istifadə ediləcəyi ilə bağlı razılığa gəlir.

0:16Bu mövzu bu gün dünyanın

0:18əsaslı mülkiyyət hüquqlarının olduğu bir çox

0:20yeri üçün keçərlidir.

0:22Hər hansı bir evin sahibini,

0:24həmin ev üzərindəki hüquqlarını,

0:26evin satış prosesinin

0:28necə olacağını bu gün çoxumuz bilirik.

0:29Keçmiş zamanlarda, hətta

0:31hələ də dünyanın bəzi

0:32yerlərində bu, aydın deyil.

0:33Kimsə evə sahib olduğunu deyə bilər,

0:35amma orada başqa biri yaşaya bilər.

0:3710 ildir burada yaşadığı üçün

0:39ev ona məxsus olmalıdır deyə bilər.

0:41Yaxud kimsə evi bazar dəyərindən aşağı almaq üçün

0:44ev sahibinə təzyiq göstərə, satmadığı təqdirdə

0:48ona hədə-qorxu gələ bilər.

0:50Bu, ev sahibinin hüquqları

0:51pozardı.

0:52Bununla yanaşı, dövlət özü də

0:54sizin evinizi səbəbsiz yerə əlinizdən ala bilərdi.

0:57Bu cür halların baş verməsi mülkiyyət hüquqlarını zədələyərdi.

1:00Bu videoda

1:01bir neçə nümunə üzərindən

1:02bu mövzunun bazar iqtisadiyyatının

1:04düzgün işləməsi üçün vacibliyindən bəhs edəcəyik.

1:07Bunun üçün ev nümunəsindən istifadə edək.

1:10Fərz edək ki, bizim ölkə iqtisadiyyatında

1:12bu şəkildəki kimi mavi evlər var.

1:16Bu ev bu şəxsə məxsusdur.

1:19İndi fərz edək ki, bizim həm də

1:22bu cür çəhrayı evlərimiz var.

1:23Bu ev də buradakı şəxsə məxsusdur.

1:26Narıncı evlərimiz də var

1:29və eynilə bu şəkildəki kimi

1:31bir tağı var.

1:33O da başqa bir şəxsə məxsusdur.

1:35Tutaq ki, bu şəxslərin hamısı

1:37evlərini satmaq istəyirlər.

1:38Daha kiçik ev almaq, təqaüdə çıxmaq və ya

1:40başqa yerə köçmək fikrindədirlər.

1:41Bazarda potensial alıcılar var.

1:44Onları bu şəkildə təsvir edək.

1:49Mülkiyyət hüquqlarının

1:51düzgün işlədiyi halda

1:54mavi evi almaq istəyən

1:55insanların arasında

1:58həmin ev üçün

1:59ən çox məbləği ödəyən şəxs evə sahib olacaq.

2:02Bu şəxs müəyyən bir məbləğ ödəmək istəyir.

2:04Həmin məbləği bir dollar işarəsi ilə qeyd edək.

2:06Beləliklə, evin mülkiyyəti

2:09həmin alıcıya keçir.

2:11Çəhrayı evlər üçün də eyni hal keçərlidir.

2:12Tutaq ki, burada duran alıcı

2:13çəhrayı evi bəyənir.

2:16Ona görə də o, bir az artıq ödəniş etməyə hazırdır.

2:18Bu fərqi göstərmək üçün 2 dollar işarəsi qoyaq.

2:20Beləliklə, həmin şəxs çəhrayı evə sahib olur.

2:24Təbii ki, alıcıların bir qismi də

2:26bu tağlı evi almaq istəyirlər.

2:27Onlar da bu ev üçün qiymət təklifi edirlər

2:30və təklif getdikcə yüksəlir.

2:31Sonda isə bu alıcı qalib gəlir.

2:32Artıq digərləri daha çox pul

2:34ödəməlidirlər ki, narıncı evə sahib ola bilsinlər.

2:39Gəlin fərz edək ki, bu evlərin hamısının

2:42tikinti maliyyəti təqribən eynidir.

2:44O zaman bazarda nə baş verəcək?

2:46Bu halda bütün inşaatçılar, hətta başqa cür ev

2:49tikənlər də

2:50narıncı ev üçün daha çox qazanc əldə edəcəklər.

2:53Beləliklə, bazarda qiymət siqnalı yaranır.

2:55Bu, qiymət siqnalıdır.

2:59Bunların hamısı qiymət siqnalıdır.

3:01Bu evlərin hamısına bir arada nəzər salsaq,

3:02görərik ki, narıncı evin satışından

3:03mavi evə nəzərən daha çox qazanarıq.

3:04Əgər hamısının tikinti maliyyəti eynidirsə,

3:07daha çox narıncı ev istehsal etməliyik.

3:10Nəticədə inşaatçılar daha çox narıncı ev tikməyə başlayacaqlar.

3:13Bəziləri indiki mavi evlərində dəyişiklik edərək

3:16onları narıncı tağlı evə çevirəcəklər.

3:18Buna qiymət siqnalının

3:20səbəb olduğunu deyə bilərik.

3:21Beləliklə, insanların üstünlüklərini aydın görürük.

3:24Tələb buradadır.

3:26İndi isə daha distopik bir nümunə düşünək.

3:29Əslində deyə bilərik ki, bəşər tarixinin çox hissəsi,

3:32hətta günümüzdə də dünyanın bir çox yeri üçün

3:35mülkiyyət hüquqları zəifdir.

3:37Kimsə bir evi satmaq istədikdə ondan evin həqiqətən onun

3:41olub-olmadığını soruşa bilərlər.

3:43O da evin sahibi olduğunu deyərək bu evin ona

3:46babasından qaldığını göstərən sənəd təqdim edə bilər.

3:48O, bunu heç vaxt satmayıb.

3:50Bu vaxt başqa bir silahlı şəxs gəlib hər kəsi təhdid edərək

3:53sübutlara əhəmiyyət vermədən

3:55evə sahib olmaq istədiyini deyə bilər.

3:58Belə bir vəziyyətdə bu adam bu şəxsə

4:00nə qədər ödəyərdi?

4:03Burada qeyd etdiyimiz məbləği ödəmək

4:05ehtimalı azdır.

4:07Bu, riskli bir investisiyadır.

4:09Evi alsaq, həqiqətən

4:12bizim olacağından əmin deyilik.

4:13Buna görə alıcılar bu pulu ödəməkdən çəkinirlər.

4:15Onlar ən yaxşı halda bir dollar işarəsi ilə

4:17göstərdiyimiz məbləği verərlər.

4:18Bu ev heç satılmaya da bilər.

4:19O zaman danışdığımız qiymət siqnalları qüvvədən düşür.

4:22Bu bazarda insanlar daha çox

4:24narıncı evlər tikməli olduğunu düşünəcəklər.

4:27Bazarın tələb etdiyi budur.

4:29Gördüyümüz kimi

4:30mülkiyyət hüquqları pozulduqda

4:33bütün bazar sistemi dağılır.

4:34Çünki bazar sistemi insanların

4:37qiymətə əsasən nə qədər

4:39ödəyəcəklərinə qərar verməsi ilə işləyir.

4:41Bu, onda mümkün olur ki, insanlar aldıqlarının

4:43heç bir maneə olmadan

4:44onlara məxsus olacağına

4:45və evi satan şəxsin evin həqiqi sahibi olduğuna əmin olurlar.

4:49Bu halın pozulması isə

4:50bazar uğursuzluğu adlanır.

4:53Digər videolarda başqa tip

4:55bazar sistemlərindən danışmışıq.

4:57Daha əvvəl komanda iqtisadiyyatından danışmışdıq.

4:58Komanda iqtisadiyyatında

5:00şəxsi mülkiyyət forması yoxdur.

5:05Bunun mülkiyyət hüquqları problemləri üçün

5:08həll olduğunu düşünə bilərsiniz.

5:10Ancaq komanda iqtisadiyyatının da

5:11bəzi çatışmazlıqları var.

5:14Tarix boyu onların demək olar ki, heç biri

5:16özünü doğrulda bilmədi.

5:18Çünki böyük bir stimul problemləri var.

5:21Əgər nə inşa ediləcəyinə,

5:23necə tikiləcəyinə,

5:25evin kimə veriləcəyinə

5:27sadəcə dövlət qərar verirsə,

5:30yenilik etmək, daha çox inşa etmək,

5:31investisiya qoymaq və s. üçün

5:33insanlarda çox az stimul olur.

5:35Bu barədə digər videolarda da danışmışıq.

5:37Daha çox öyrənmək üçün onları izləyə bilərsiniz.

5:39Bu video mülkiyyət hüquqları haqqında

5:41anlayışımızın olması üçündür.

5:42Mülkiyyət hüquqlarını daha yaxşı başa düşmək üçün

5:46ailənizdən və ətrafınızdan soruşa, yaxud

5:48ABŞ-da və digər ölkələrdə

5:50infrastrukturun necə işlədiyinə

5:51baxa bilərsiniz.

More from Khan Academy

Recently added transcripts

Browse the whole transcript library

This transcript was generated from the captions YouTube publishes for this video. Get the transcript of any YouTube video atfreeyoutubetranscribe.com, free, unlimited, no sign-up.