Free YouTube Transcribe

Video transcript

Microscopic structure of bone - the Haversian system | NCLEX-RN | Khan Academy

khanacademymedicine · 337 words · 2 min read

Want to search this transcript, jump the video from any line, or download it as TXT, SRT, or VTT?

Open in the transcript tool

Full transcript

0:02Bu gün, biz sümüyün

0:04mikroskopik quruluşu və

0:06xüsusən də Havers sisteminin nə olduğu

0:09haqqında danışacağıq.

0:15İndi bir sümük parçası götürək və onu iki hissəyə

0:19bölüb içərisinin necə göründüyünə baxaq.

0:28Burada sümük parçasından kəsilmiş bir hissə var

0:32Onun daxili hissəsinə nəzər yetirək.

0:34Bu sümüyün ən daxili hissəsi

0:37süngər sümük adlanan sümükdən ibarətdir və həmçinin

0:41trabekulyar sümük kimi də tanınır.

0:47Burada süngər sümüyünün trabekulasını

0:49göstərən oxu görə bilərsiniz.

0:54Əgər süngər sümüyə diqqətlə baxsanız,

0:57onun süngərə çox bənzədiyini

0:58görə bilərsiniz.

0:59Buradakı trabekul və boşluqlara görə

1:03süngər sümüyün səthinin sahəsi kompakt

1:07sümüyün xarici qatından 10 dəfə qalındır.

1:11Beləliklə, süngər sümük, sümük iliyinin

1:16ən daxili hissəsindəki torabənzər

1:19hissədir.

1:24Sümüyün mərkəzindəki bu süngəri torun

1:28funksiyası sümüyü daha yüngül

1:30etməkdir.

1:34İndi əgər sümüyün ətrafına baxsanız,

1:37sümüyü əhatə edən daha sərt, daha möhkəm

1:40təbəqənin olduğunu görərsiniz.

1:42Bu kompakt sümük adlanır.

1:44Təəccüblü deyil ki, kompakt sümük

1:48süngəri sümüyə nəzərən daha sərtdir.

1:50Onun daha az boşluq və dəlikləri var,

1:52amma süngər sümükdən əsas

1:54fərqləndirən əlaməti onun bu osteonlardan,

1:58təkrarlanan funksional vahidlərdən ibarət xüsusi

2:01bir quruluş növünün olmasıdır

2:03Bu osteonun böyüdülmüş bir görünüşüdür.

2:08Osteonların digər adı Havers kanalıdır.

2:14Gəlin haqqında daha ətraflı danışaq.

2:17Osteonların hər biri bir silindrə bənzəyir,

2:22ortaq mərkəzli bir çox sümük qatının,

2:26daha doğrusu təbəqənin bir-birinə

2:30dolanması ilə formalaşır.

2:31Bu qatların hər biri sümük lövhələri adlanır.

2:34Bu qatların mərkəzində olan hissə

2:39Havers kanalı və ya mərkəzi kanal adlanır.

2:42Bu kanallardan qan damarları, limfa

2:47damarları və sinirlər keçir.

2:49Sümük lövhələrinin arasında olan

2:53kiçik kanallara kanalikul deyilir,

2:56onları burada görə bilərsiniz.

2:58Bunlar mərkəzi Havers kanalından uzanaraq

3:01lakuna adlanan boşluqlara açılırlar.

3:06Lakuna sözünü gördüyünüzdə

3:10boş sahələri düşünməlisiniz.

3:13Bu lakunaların hər biri osteosit və ya

3:16sümük hüceyrələr olan boşluqlardır.

3:18Osteositlər, bu hüceyrələrin bir-biri ilə əlaqə saxlamasına,

3:21qida və siqnal mübadiləsinə imkan verən boşluq

3:24qovşaqları vasitəsilə digər osteositlərlə

3:27təmasda olmaq üçün kanalikullardan

3:31keçən bu hüceyrə prosesinə malikdirlər.

3:36Yükun olaraq, Havers kanallarına

3:40perpendikulyar yerləşən Volkmann

3:42kanalları var.

3:45Onlar oteonları bir-birilərinə

3:48bağlayırlar və özlərinin kiçik

3:50qan damarları var.

3:52Gəlin periost, yəni sümüküstlüyü adlanan

3:55sümüyün ən xarici qatını da vurğulayaq.

3:59Peri əhatə edən deməkdir,

4:02ən xaricdəki bu qatı

4:05adi gözlə də görmək mümkündür.

More from khanacademymedicine

Recently added transcripts

Browse the whole transcript library

This transcript was generated from the captions YouTube publishes for this video. Get the transcript of any YouTube video atfreeyoutubetranscribe.com, free, unlimited, no sign-up.