Free YouTube Transcribe

Video transcript

Diqqətini gördüyün əməlin nəticəsinə yönəlt | “Quranda Qaydalar”  – 18. Bölüm

Kanal 5 · 1,519 words · 7 min read

Want to search this transcript, jump the video from any line, or download it as TXT, SRT, or VTT?

Open in the transcript tool

Full transcript

0:00Əməlin mənfəətini görürmüş kimi əməli

0:03yerinə yetirin ki, əməldən soyumayasız,

0:05həvəsdən düşməyəsiz. Əməl batini

0:09göstərən bir güzgüdür. Əgər insanın

0:12içində Allaha, müqəddəslərə inanc

0:16yaranıbsa, bu inancın üstündə

0:18işləməlidir. Qurani Kərim iman və saleh

0:21əməli yanaşı gətirməklə [musiqi]

0:23insanlara bu həqiqəti anlatmaq istəyib

0:25ki, imanı daim gücləndirən, onu

0:29möhkəmləndirən

0:31saleh əməldir. Namaz qılırsan, namazın

0:33savabı var, orucun savabı var, hər bir

0:36saleh əməlin savabı var. Bu da Allahın

0:38bir lütfüdür ki, əmələ savab təyin

0:40eləyir. Saleh əməl imanın nəticəsidir.

0:44Saleh əməl əməli iman yaradır. İnsanın

0:48da əməli nəticədir, məhsuldur, meyvədir

0:53və kök həmin o imandır ki, o da insanın

0:57qəlbində olur.

1:02[musiqi]

1:04Bismillahir rəhmanir rəim. Salam əziz

1:07izləyicilər. Hər vaxtınız xeyirli,

1:09uğurlu olsun. Qurani-Kərimdə

1:11müəyyən qaydalardan bizə danışılır.

1:14Onlardan da biri insanın əməllərinin

1:17onun iç dünyasına, batini aləminə bağlı

1:22olduğunu qeyd eləyir. Və bu ayəni əsas

1:25götürərək müəyyən məqamlara işarələr

1:28eləmişik ki, Qurani Kərim buyurur:

1:33"Ya peyğəmbər, de hamı öz içinə uyğun,

1:37xasiyyətinə uyğun, xislətlərinə uyğun

1:41hərəkət eləyir və davranır. İçdə insan

1:45necədirsə, çöldə də davranışları o cür

1:48olacaq. Əgər iç dünyası səfalıdırsa,

1:51əməllərdə o səfalılıq görsənəcək. Əgər

1:54iç dünyası təmizdirsə, o təmizlik onun

1:57əməllərində görsənəcək. Əgər içində

2:00insanın həsəd varsa, əməlində

2:02görsənəcək. Əgər içində təkəbbür varsa,

2:06əməlində görsənəcək. Qurani-Kərimdə

2:09qayda bu cürdür ki, əməl batini göstərən

2:13bir güzgüdür.

2:15Batini sifətləri insanın görmək

2:18istəyirsənsə, bax onun rəftarlarına və

2:22davranışlarına.

2:26Bəli. Qurani Kərimdə

2:29imanla saleh əməl daim yanaşı gətirilib.

2:33Əsasən, adətən yanaşı gətirilib. Və

2:37bunun da bir neçə mənası var ki, bir

2:40mənası haqqında ötən söhbətlərimizdə,

2:43verilişlərimizdə danışdıq ki, imanı

2:47insan, iman elə bir şeydir ki, onu insan

2:51öz başına buraxmamalıdır. Əgər insanın

2:53içində Allaha, müqəddəslərə

2:57inanc yaranıbsa, bu inancın üstündə

3:00işləməlidir. bu inancı öz başına

3:03buraxsa, bu inanc yavaş-yavaş ya

3:05şübhiyə, şəkkə, ya küfrə və başqa-başqa

3:09şeylərə çevriləcək. Ona görə də Qurani

3:12Kərim

3:14iman və saleh əməli yanaşı gətirməklə

3:17insanlara bu həqiqəti anlatmaq istəyib

3:20ki, imanı daim gücləndirən, onu

3:24möhkəmləndirən

3:25saleh əməldir. Saleh əməllər yerinə

3:29yetirin.

3:31Biz nəyə görə deyirik ki, insan yaxşı

3:32işlər görməlidir?

3:34Biz nəyə görə insanları yaxşı işlərə

3:36dəvət eləyirik? Çünki yaxşı işlər

3:39insanın içindəki o ibtidai imanı

3:44gücləndirir, möhkəmləndirir və onu

3:48gətirir hətta yəqin mərhələsinə

3:50çatdırır. Əli əleyhissalama dedilər ki,

3:54ya Əmirəl-möminin, sən bu qədər ki

3:56ibadət eləyirsən rəbbinə, rəbbini

4:00görmüsən sən bu qədər ibadət eləyirsən?

4:03Ağa buyurdu ki, mən görmədiyimə ibadət

4:05etmərəm. Yəni bir dərəcədir ki, həzrəti

4:09Əli əleyhissalamın dərəcəsi

4:12Allahı görürmüş kimi. Bəzən bizə deyilir

4:16ki, əməlin savabını görürmüş kimi ibadət

4:19edin. Hədislərdə belə də gəlir.

4:23Rəbbinə ibadət et. Elə bil ki, əməlinin,

4:27ibadətinin savabını görürsən.

4:30Çünki əməlin savabını görəndə

4:33əməlin zəhməti götürülür. Əəl [xorultu]

4:36insana asan gəlir. Əməl insana şirin

4:38gəlir. Məsələn,

4:42bir adam işləyir, bilir ki, məsələn,

4:45işinin sonunda filan qədər alacaq.

4:48Filan qədər məbləğ, pul əvəz alacaq.

4:52Bəli. O necə işləyər? O işindən də

4:55yorulmaz. Bir az məsələn yorulanda,

4:58tutaq ki, məsələn iki nəfər, üç nəfər

5:00bir yerdə işləyir. Yorulanda bu onun

5:02yorğunluğunu çıxartmaqdan ötrü ona deyir

5:05ki, inşallah ki, işimizin sonunda bu

5:09məbləği alacağıq. O, o məbləği adamın

5:12yadına salır və adamdan o yorğunluq da

5:15götürülür. Sanki insana enerji gəlir və

5:17başlayır yenə də o işi həvəslə yerinə

5:20yetirməyə. [çətinliklə nəfəsalma]

5:22Bizə deyilir ki, ibadət et.

5:25ibadətinin savabını görürmüş kimi ibadət

5:28elə. Yəni diqqətini gördüyün işin

5:32fəzilətindən,

5:34gördüyün işin əldə edəcəyin savabından

5:37yayındırmasın

5:40bəzi şeylər sənin diqqətini. Elə elə

5:42diqqətin orda olsun. Namaz qılırsan,

5:45namazın savabı var, orucun savabı var,

5:47nə bilim, hər bir saleh əməlin savabı

5:50var. Bu da Allahın bir lütfüdür ki,

5:52əmələ savab təyin eləyib. savab təyin

5:55eləyib ki, sən savabı nəzərə alasan və

5:59şeytan sənə vəsvəsə eləyə bilməsin ki,

6:02yəni

6:04bu işləri nəyə görə görürsən? Nə xeyrin

6:06var burda? Məsələn, adam bəzən bir işi

6:09görür, axırda fikirləşir ki, onsuz da

6:11mənim bir xeyrim yoxdur burda. Görürsən

6:13ki, soyudu, dayı o işi tərk elədi.

6:16Allah əməlin nəticəsində böyük xeyirlər

6:20qoyub, mənfəətlər qoyub, qazanclar

6:23qoyub. Bunu ona görə qoyub ki, insan onu

6:26nəzərə alsın. Bu bir dənə məqamdır.

6:29Allahdan istəyək ki, Allah bizi bu

6:30dərəcəyə çatdırsın.

6:33Hələ çox insanlar görürsən yaxşı işləri

6:36yerinə yetirirlər, amma o yaxşı işin

6:40fəzilətinə, yaxşı işdən qazandığın

6:44qazanca

6:45adam diqqət eləmir. Bəzən bu özü çox bir

6:48dənə incə nöqtədir ki, insan gərək

6:52əməlin mənfəətini yaddan çıxartmaya,

6:56fikirləşə ki, Allahın mənə bu əməlin

6:58müqabilində filan mənfəti bəxş eləyəcək.

7:03Çünki insan biraz mənfəətə qaçandır.

7:06Görürsən birinə gəlirsən deyirsən ki,

7:09gedək filan işi görək. O dəqiə deyir ki,

7:11xeyrimiz nə olacaq? Mənfəətimiz nə

7:13olacaq? Bir çox ayədə Qurani Kərimdə

7:15belə bir söz var.

7:20Bu sizin üçün çox xeyirlidir. Çox

7:23maraqlı bir ifadələrdir bu. Hətta Cümə

7:27surəsində də var. buyurur, məsələn,

7:30namaza çağırıldığınız zaman

7:33alveri buraxın və Allahın zikrinə

7:36tələsin. Ayənin axırında buyurur ki,

7:43əgər bilsəz, bu sizin üçün çox

7:44xeyirlidir. Yəni fikirləşməyin ki, sizin

7:48axırda xeyriniz olmayacaq. Quru zəhmət

7:50qalacaq sizə.

7:52Çox yerləndik.

7:56Məsələn, bir yerdə buyurur ki, oruc

7:58tutun. Oruc tut ki, sağlam olasız. Və

8:02ardıcan buyurur ki, bu sizin üçün çox

8:04xeyirlidir. Sədəqə verin, Allah yolunda

8:08infaq eləyin. Ardıcan buyurur ki, bu

8:11sizin üçün çox xeyirlidir. Yəni biz

8:14mənfəətimizi ibadətdə, itaətdə daim

8:17düşünməliyik. Mənim sözüm o həzrəti Əli

8:19əleyhissalamın o hədisinə gəlməkdir ki,

8:24bizi Allah çağırır buna ki, əməlin

8:27mənfəətini heç vaxtı yaddan çıxartmayın.

8:30Əməlin mənfəətini görürmüş kimi əməli

8:33yerinə yetirin ki, əməldən soyumayasız,

8:36həvəsdən düşməyəsiz. Amma ağa

8:38Əmirəl-möminin Əli əleyhissalam görün nə

8:40buyurur. Buyurur ki, mən

8:45ibadət eləyirəm o rəbbimə. ki, mən onu

8:49sanki görürəm. Mən görmədiyimə ibadət

8:52etmərəm. Deməli burda məbudu görməkdən

8:57söhbət gedir. Bir var əməlin savabın

9:00görmək. Bu biraz aşağı məqamdır. Bir də

9:03var ki, əməli kimin üçün ki eləyirsən

9:07ha, onu görmək. Onu görmək.

9:11Ağa buyurur, mən məbudumu görürəm,

9:14ibadət eləyirəm. Bəli. İnsanın imanı

9:18çatmalıdır bu yerə. İnsanın imanını bu

9:21yerə çatdıracaq nədir? Saleh əməldir ki,

9:25hər yerdə Allahtəala amudan sonra əmil

9:28salehat deyib. Yəni həm qazancın var, o

9:31qazanca diqqət elə. Ən böyük qazanc da

9:34budur ki, bu əməl səni Allaha

9:38yaxınlaşdıracaq. O qədər yaxınlaşdıracaq

9:40ki, sonda sən, sonda sən heç əməlin

9:44mənfəətini də düşünməyəcəksən. Elə

9:46məbudun özünü düşünəcəksən,

9:49məbudun özünü görəcəksən. Saleh əməl

9:52mütləq olmalıdır. Saleh əməlsiz iman

9:55zəifləyər heç şəkkə, şübhiyə və küfrə,

9:59başqa-başqa

10:01o mənfi xislətlərə insanın içərisində

10:04çevrilər. Və növbəti məqam bundan

10:06ibarətdir ki, saleh əməli bir başqa

10:10formada yanaşacağıq bu ayəyə.

10:16Yəni iman gətirib saleh əməl edənlər.

10:19Qurani Kərim bu sözlə həm də bunu demək

10:22istəyir ki, iman varsa, saleh əməl 100%

10:26olacaq.

10:28Çünki iman qəlbə aid bir şeydir.

10:32İman, məsələn, zahirdə biz namaz

10:35qılırıq, zahirdə ibadət eləyirik, itaət

10:38eləyirik, saleh işlər görürük. Onlar

10:41əməldir. Amma imansa insanın qəlbinə aid

10:45olan bir məsələdir. Hücurat surəsində

10:47Allah buyurur ki, ya peyğəmbər, onlar

10:50ki, sənin yanına gəlirlər, deyirlər biz

10:52iman gətirmişik, onlara de, onlara de

10:56deməsinlər biz iman gətirmişik. Sadəcə

10:59desinlər, islamı qəbul eləmişik,

11:01müsəlman olmuşuq. Yaxşı, ilahi, bəs nə

11:04desinlər? Onlar iman gətirməyiblər. Bəs

11:08neyniəyiblər? Onlar sadəcə islamı qəbul

11:10eləyiblər. Yaxşı, bəs iman gətirmək necə

11:12olur? Allah buyurur ki,

11:18onlara de hələ iman sizin qəlbinizə

11:20daxil olmayıb. Yəni iman qəlbə aid bir

11:24məsələdir.

11:26Allah birinci qəlbə aid bir məsələni

11:28deyir. Əlləinə o kəslər ki, iman

11:32gətiriblər. Yəni o kəslər ki, onların

11:35qəlbində lazımlı element var. Onların

11:38qəlbində lazımlı var ki, imanın yeri

11:43harda olmalıdır? Qəlbdə. Bəli, orda var.

11:47Ardıcan buyurur: Saleh əməl. Yəni saleh

11:52əməli iman gətirər. İman içə aid olan

11:55bir məsələdir. Əməl zahiri rəftarlara.

11:58Yəni Allah bu ayədə də həminəti

12:03ayəsinə ki, biz əsaslanmışıq. Hər kəs öz

12:07içinə uyğun,

12:09daxili dünyasına uyğun, batini

12:11sifətlərinə uyğun hərəkət eləyir. Bax

12:14həmin o ayəyə əsasən

12:19istəsək, o ayəyə uyğunlaşdıraq. Mənası

12:22bu olacaq. Amənu, yəni həmin o şakilə,

12:26yəni həmin o insanın içi, həmin o

12:28insanın qəlbinə aid olan məsələ, sifət,

12:34yəni saleh əməl, saleh əməl imanın

12:38nəticəsidir. Saleh əməl, əməli iman

12:42yaradır.

12:44Yəni demək istəyir ki, biz çünki

12:47qaydamız bundan ibarətdir də ki, əməl

12:50insanın batinin güzgüsüdür. Batini

12:54sifətdən xəbər verir. Hədislərdə var ki,

12:58möminlə qeyrimini ayırd eləyən əməl

13:02namazdır.

13:04Tutaq ki, namaz vaxtı çatdı, adam durdu

13:08namaza. Namaz nəyi göstərir? Namaz

13:12qəlbdəki imanı göstərir.

13:15Yaxşı, bir adam ki, namaz qılmır, onun

13:19deyir, əgər içdə iman varsa, 100 fa bu

13:24əməldə özün göstərəcək.

13:27Hə, sən indi özündə qəbul eləmisən ki,

13:29mənim içimdə iman var, qəlbimdə iman

13:32var. Varsa bəs bu nədir? Sevgi var. Mən

13:36Allaha, Allahı çox istəyirəm.

13:39Bəli. Bəs əməl hanı

13:43görsənir ki, biz bəzən özümüz-özümüzü

13:46aldadırıq. Qurani Kərim məntiqində

13:48buyurur ki, əməl insanın batini

13:51sifətinin göstəricisidir.

13:55Batini sifətdən qaynaqlanır. Necə axar

13:59suyun bir mənbəyi var,

14:02bulaqdır. Bəli. O bulaqda su var. yerdən

14:05qaynayıb çıxır və o bulaqdan bir dənə

14:07arx açıblar hansısa bir sahəyə. Arxda

14:10başlayır su axmağa.

14:12Əgər su axırsa, deməli o quyuda su var

14:18ki, bəli, o arxda ki, gedir birləşir

14:21quyuya, o arxda su cərəyan eləyir axır.

14:25Əgər adam görsə ki, ya bu arxda day su

14:27yoxdur, deməli bulaqda su quruyub.

14:32varsa axmalıdır.

14:37Yəni o bulaqdakı su,

14:41yəni o arxdakı axan su.

14:45Arxdakı necə axan su quyudakı olan sudan

14:50xəbər verir.

14:52Saleh əməllər də insanın içindəki

14:55imandan xəbər verir.

14:57İman olsa, saleh əməl olacaq. Yəni həmin

15:02o söz ki, necə bir ağac olur, onun

15:06meyvəsi olur və

15:09insanın da əməli nəticədir, məhsuldur,

15:13meyvədir və kök həmin o imandır ki, o da

15:17insanın qəlbində olur. Qurani Kərimdə

15:20həmin o qayda ki var

15:26həmin qaydaya uyğun bir sözü Allah bir

15:30başqa cür həmin bu ayələrdə deyir

15:35Allah hər birimizin qəlbində iman,

15:39əməllərimizdə

15:40salehlik qərar versin inşallah.

15:43Vəsamykum və rəhmətullah və bərəkatuh.

15:46M.

Recently added transcripts

Browse the whole transcript library

This transcript was generated from the captions YouTube publishes for this video. Get the transcript of any YouTube video atfreeyoutubetranscribe.com, free, unlimited, no sign-up.