Full transcript
0:00Allahın nə xəsisliyi var, nə də qərəzi
0:03var. Heç kəsdən qərəzi yoxdur. Heç kəslə
0:05də qohum deyil. Birini üstün etsin, o
0:08birisini üstün etməsin. Xeyr, bu Allaha
0:10aid olan bir deyil. Kim nəyə layiq
0:12olubsa, Allah onu bəxşir. Tufanda nəsil
0:15kəsildikdən sonra Nuhun övladları ilə
0:18nəsil yenidən çoxalmağa başladı. Ona
0:21görə ona ikinci Əbülbəşər deyirlər.
0:25İnsan zatən digər varlıqlardan seçilib,
0:27üstün qərar verilib. Bütün dünyanı Allah
0:30buyurur ki, insan üçün yaratmışam. İnsan
0:33bu yaranışın mərkəzində dayanır.
0:35Digərləri onun ətrafında dövrə vurur.
0:37Allahtala bəzən Qurani Kərimdə
0:39gileylənir öz bəndələrindən. buyurur ki,
0:41çox şükr edən bəndələr azdır. Bütün hər
0:45hansı bir iş ki, orda bismillah
0:47deyilmir, Allahın adı ilə başlanmır. O
0:50əbtərdir. Yəni onun sonu yoxdur.
0:52Qiyamətə qədər nə qədər insan gələcək,
0:56nə qədər ibadətlər olunacaq, nə qədər
0:58əməli saleh işlər görəcək, onların
1:00hamısında həzrəti Nuh şərikdir.
1:12Bismillahir rəhmanir rəhim. Salam. Xoş
1:15gördük sizləri. Həzrəti Nuh peyğəmbəri
1:17haqqında söhbətimiz davam eləyir.
1:21Qurani Kərimdə həzrəti Nuhun məqamı,
1:25Allah təbarək və təala həzrəti Nuh hansı
1:28məqamları vermişdi?
1:31Əvvəlcə o peyğəmbərdir. Ulül əzm
1:33peyğəmbərlərdəndir.
1:35Yəni beş şəriət sahibi olan
1:37peyğəmbərlərdir. Bunlar kimlərdir?
1:39Birincisi həzrəti Nuhdur. İkincisi
1:42həzrəti İbrahim. Üçüncüsü həzrəti Musa,
1:46dörd həzrəti İsa, beş həzrəti Muhəmməd
1:51Mustafa sah və bu beş peyğəmbər şəriət
1:55sahibi. Ulül əzm. Ulül əzm Quranikərim
1:59bu cür yad eləyir. Ulül əzm. Əzm əslində
2:03həmən əzmkarlıq sözündəndir. Yəni bunlar
2:06həm də əzmkarlıqda,
2:09böyüklükdə
2:11digərlərindən fərqlənirdi. Həm də bunlar
2:14şəriət gətirdilər, möhkəmləndirdilər
2:17cəmiyyəti qanunla, kitabla
2:20möhkəmləndirdilər. Bundan sonrakı
2:22peyğəmbərlər, yəni bu ulüəzm peyğəmbərlə
2:25o birisi uləzm peyğəmbərə qədər olan
2:27peyğəmbərlər
2:29əvvəlki ulüləzm peyğəmbərin şəriətini
2:32təbliğ eləyiblər və qoruyublar.
2:35Məsələn, həzrəti Nuhdan İbrahimə qədər
2:38gələn peyğəmbərlər hamısı Nuhun
2:40şəriətində olub. Saleh peyğəmbər, Hud
2:43peyğəmbər və sair.
2:47İbrahim peyğəmbərdən ta Musa peyğəmbərə
2:50qədər olan peyğəmbərlərin hamısı
2:52İbrahimin şəriətində olublar. Onu
2:54qoruyublar, təbliğ eləyiblər. Həzrəti
2:57Musadan, həzrəti İsaya qədər gələn
2:59peyğəmbərlərin hamısı Musanın şəriətində
3:02olublar. İsa peyğəmbərdən sonra da ya
3:06həvarilər, ya da bəzən Qurani Kərim
3:09onlara elçi deyir bu formada. Sonra
3:12peyğəmbər olmayıb və bizim peyğəmbərə
3:14qədər uzun müddət peyğəmbər olmayıb. Ya
3:17vəsi formasında olub, həvari formasında
3:20olub, uzun müddət peyğəmbər olmayıb.
3:23Yəni Allahtəala insanları yavaş-yavaş
3:25peyğəmbərsizliyə öyrəşdirirdi. Çünki ona
3:29qədər həmişə cəmiyyətdə, cəmiyyətlərdə
3:31peyğəmbər olmuşdu. Amma islam peyə İsa
3:34peyğəmbərdən İslam peyğəmbərinə qədər
3:36olan o müddətdə
3:39peyğəmbər olmamışdı. peyğəmbərsizlik
3:42idi. Sonra
3:45sonuncu peyğəmbər seçildi və o sonuncu
3:47oldu. Yəni bundan sonra insanlar
3:50peyğəmbərsiz yaşamalıdır,
3:52vəhysiz yaşamalıdır. Yəni sonuncu
3:55peyğəmbərin təlimatı insanların arasında
3:58qalmalı və o təlimatla yaşamalıdır.
4:01Canlı olaraq isə peyğəmbər gəlməyəcəkdi.
4:04Ulül əəzm beş ulül əzm peyğəmbər Nuh
4:06peyğəmbər onların birincisidir. Yəni
4:09Adəm peyğəmbər, ondan sonra Şis
4:12peyğəmbər, sonra
4:14ibətullah, ondan sonra idris peyğəmbər,
4:18idris peyğəmbərdən sonra isə Nuh
4:20peyğəmbər. Bu silsilə
4:23bu cür davam eləyir. İlk dəfə Nuh
4:25peyğəmbər
4:27ilahi qanunları şəriət formasında, qanun
4:30formasında cəmiyyətdə bərqərar etdi və
4:33tətbiq etdi. Və Nuh peyğəmbər həm də
4:37yeni bir mədəniyyət, yeni bir
4:39sivilizasiya gətirdi. Dünyanı yenidən
4:41qurdu, nəsli yenidən
4:45artırdı. Yəni tufanda nəsil kəsildikdən
4:48sonra Nuhun övladları ilə nəsil yenidən
4:52çoxalmağa başladı. Ona görə ona ikinci
4:56Əbülbəşər deyirlər Nuh peyğəmbərə.
4:58Birinci Əbəşər bəşərin atasıdır.
5:02Birinci olaraq həzrəti Adəmdir. İkinci
5:04isə həzrəti Nuh sayılır. Quranikərim
5:07həzrəti Nuhun
5:10məqamlarını tanıtdırarkən
5:13onun ləqəblərini sayır və o ləqəblərdən
5:17biz başa düşürük ki, Nuhun nə qədər
5:20böyük məqamı olub. Birincisi Almran
5:23surəsində Allah təala buyurur ki,
5:32həqiqətən Allah Adəmi seçmişdir, Nuhu
5:35seçmişdir. İbrahimin ailəsi və imranın
5:39ailəsini aləmlər içrə seçib üstün qərar
5:43vermişdir. Və burda həzrəti Nuhun da
5:46adını çəkir. Adəmin yanında, İbrahimin
5:49ailəsi, İmranın ailəsinin yanında Nuhun
5:51da adını çəkir ki, bu özü böyük bir
5:54məqamdır. Yəni insan zatən digər
5:57varlıqlardan seçilib üstün qərar
5:59verilib. Bütün məxluqatdan, bütün
6:02yaranmışlardan. İnsan üstündür.
6:05Mələklərdən də üstündür.
6:07Cinlərdən də üstündür. Digər varlıqların
6:10hamısından üstündür. Bütün dünyanı Allah
6:13buyurur ki, insan üçün yaratmışam. İnsan
6:15bu yaranışın mərkəzində dayanır.
6:17Digərləri onun ətrafında dövrə vurur. O
6:21sanki insana xidmət eləyir. İnsan şah
6:25əsəridir. Bu özü insan özü-özlüyündə
6:29seçilmiş varlıqdır. Amma insanlar
6:31içərisində peyğəmbərlər Allahın xüsusi
6:35seçdiyi şəxsiyyətlər. Və peyğəmbərlər
6:38içərisində də bu beş peyğəmbər və bəzi
6:43övliyalar xüsusi olaraq Allah tərəfindən
6:47seçilmişdir, üstün qərar verilmişdir.
6:49Təbii ki, Allahın seçməsi,
6:53Allahın üstün qərar verməsi bu formal
6:56deyil, fiktiv bir seçim deyil. Bu həqiqi
7:00bir seçimdir. Allah bir peyğəmbərə bir
7:03ləqəb verirsə,
7:05bir ad verirsə, bir əlamət ona aid
7:10eləyirsə,
7:11bu yenə deyirəm, bu həqiqi bir adddır,
7:13həqiqi bir ləqəbdir.
7:16Bu fiktiv deyil. Məsələn, biz birinə ad
7:18qoyuruq. kiminsə peşəsinə görə, kiminsə
7:22sənətinə görə, şücaətinə görə,
7:24gözəlliyinə görə, hər hansı bir fərqli
7:26əlamətinə görə bir ad veririk ona. Bəzən
7:30bu fiktiv olur. Bəzən bu,
7:33yəni sadəcə olaraq bir adddır qoyuruq.
7:36Amma Allah təbarək və təala
7:38peyğəmbərlərə ad qoyarkən, ləqəb
7:41verərkən bu həqiqi olur. Yəni Allah
7:45təsdiq eləyir ki, sən bu cürsən. Həzrəti
7:47peyğəmbərimiz bu barəsində buyurur:
7:52"Sən böyük əxlaq, əzəmətli əxlaq
7:55sahibisən. Yəni peyğəmbərin əxlaqına
7:58Allah əzəmətli sözünü deyir. Əzəmət
8:01adını verir. Böyük adını verir.
8:04Nuh peyğəmbər barəsində də həmçinin
8:06buyurur ki, Nuh peyğəmbəri seçmişəm,
8:09üstün qərar vermişəm. O Nuhun öz
8:12xüsusiyyətlərinə görədir. Allahtala yəni
8:15belə deyir ki, kimisə seçsin, kimsə
8:19seçməsin. Kiməsə üstünlük versin, kiməsə
8:21verməsin. Yəni bu,
8:25belə deyək, şəxsi münasibətdən
8:29asılı olan bir şeydir. şəxsi münasibət,
8:31yəni bizim başa düşdüyümüz şəxsi
8:34münasibət yox. Yəni o insanlar Allaha o
8:38qədər ixlaslı olublar, o qədər şakir
8:41olublar, şükr eləyiblər, o qədər ibadət
8:44əhli olublar ki, Allah onlara üstünlüyü
8:46verib. Digər insanlar da əgər o cür
8:50ibadət etsəydilər, o cür ixlaslı
8:52olsaydılar, bağlansaydılar, onlara
8:54verərdi. Yəni Allahın nə xəsisliyi var,
8:57nə də qərəzi var. Heç kəsdən qərəzi
9:00yoxdur. Heç kəslə də qohum deyildir.
9:02Birini üstün etsin, o birisini üstün
9:04etməsin. Xeyr, bu Allaha aid olan bir
9:06deyil. Kim nəyə layiq olubsa, Allah
9:09onu bəxş eləyib. Ona görə Nuh
9:11peyğəmbərin Allahın yolunda çəkdiyi o
9:14zəhmətlər, Allaha bağlanması, ixlası,
9:18onun ibadəti, onun şükrü səbəb olub ki,
9:21Allah onu digərlərindən üstün qərar
9:23versin. Ona görə bu seçkinlik
9:26bu mənadadır. Qurani-Kərimdə ikinci ad
9:29olaraq və ikinci ləqəb olaraq həzrəti
9:31Nuha verdiyi ad budur. Şəkur, abdun
9:34şəkur. Şük, çox şükr edən bəndə. Şəkur
9:39mübaliğə vəznindədir. Yəni çox şükr
9:42eləyən bəndə
9:52ki, Nuh peyğəmbərlə
9:55gəmidə nicat verdiyi o nəsildən söhbət
9:59açır. Burda buyurur ki, sonra həzrəti
10:02Nuh haqqında buyurur ki, həqiqətən Nuh
10:05çox şükr edən bəndə idi.
10:08Çox şakir idi, qədir bilən idi. Nuh
10:11peyğəmbər Allahın bütün nemətlərinə şükr
10:14eləyirdi. Bütün hallarına görə Allaha
10:17şükr eləyirdi.
10:19Şükr, yəni qədir bilmək, qədirdanlıq
10:21etmək bu özü
10:24bir keyfiyyətdir.
10:28Böyük bir əxlaqi keyfiyyətdir. Çox üstün
10:31bir keyfiyyətdir insanda. Yəni bəzi
10:35xüsusiyyətlər var ki, onlar digər
10:37xüsusiyyətlərin başında dayanır. Biri də
10:40həm bu şükürdür. Şükür yəni sən qədir
10:42bilirsən, sən təşəkkür eləyirsən, sən
10:46sənə kim nemət veribsə, sənə kim
10:49yaxşılıq eləyibsə, ona bir təşəkkür
10:52hissi keçir sənin ürəyindən. Və sən
10:54təşəkkür eləyirsən. Nankorluq yoxdur
10:58səndə. Heç cür nankorluq yoxdur. Yəni
11:01şükrün əksi, ziddi nankorluqdur. Bir
11:04adam şükr eləmirsə, yəni nə? Yəni nemət
11:07verdiyi insana, yaxşılıq etdiyi insana
11:11şükr etmirsən, təşəkkür etmirsənsə,
11:14nankorsan.
11:16Yəni onun verdiyi o nemətin nəinki
11:19qədrini bilmirsən, hətta onun əksinə
11:21istifadə eləyirsən, nankorluq eləyirsən.
11:25Məsələn, günah nankorluğun bir forması,
11:27naşükürlüyün bir formasıdır. İsrafçılıq
11:30naşükürlüyün bir formasıdır. O
11:33mötədillik həddindən çıxmaq, yəni həm
11:35ifrat, həm təfrit, bu özü nankorluğun
11:38əlamətidir. Şükrün əlaməti deyil.
11:42Şükr edən bəndə odur ki, yəni o həm
11:44mötədildir, ədalətlidir, insaflıdır və
11:48həmişə yaxşılıq eləyir, həmişə təşəkkür
11:50eləyir. Şükrün çox böyük mənası var. Ona
11:54görə Allahtala bəzən Quranikərimdə
11:56gileylənir öz bəndələrindən. Buyurur ki,
12:03çox şükr edən bəndə,
12:06bəndələr azdır. Çox şükr edən bəndələr
12:09azdır. Bəzən, Bəli. Bəzən biz şükr
12:11eləyirik, təşəkkür eləyirik,
12:14amma Allah bu cür istəmir. Allah deyir
12:17ki, sən şəkur olmalısan. Yəni bütün
12:20daxilinlə və zahirinlə sən şükr
12:24etməlisən. Sən həm daxilən şükr edən
12:26bəndə olmalısan, həm də zahirən,
12:28praktiki baxımdan da şükr edən bəndə ol.
12:31Mötədir olmalısan, insaflı olmalısan,
12:33ədalətli olmalısan, insanlara yaxşılıq
12:36etməlisən. Hasızlıq etməməlisən. Bunlar
12:38hamısı şükrün əlamətidir. Valideynlərinə
12:41yaxşılıq etməlisən. Onların ehtiramını
12:44qorumalısan. Müəllimlərin qarşısında
12:46yaxşılıq etməlisən. Cəmiyyətin
12:48qarşısında dost, həmkar və sair. Bunlar
12:51hamısı şükrün əlamətidir.
12:54Və bu özü də
12:56ixlasın əlaməti. Yəni şükr özü ixlasın
13:00əlamətidir.
13:01O adam şəkur bəndədir ki, çox şükr edən
13:04bəndədir ki, həm ixlaslıdır, müxlisdir,
13:08həm də müxləsdir. Bunlar Quranın
13:11gətirdiyi terminlərdir və məfhumlardır.
13:13Müxlis nədir? Müxlis o adamdır ki, bütün
13:16işlərini Allaha xatir eləyir. Bütün
13:19işlərini.
13:21Orda Allahdan başqası nəzərə alınmayıb.
13:25sırf Allaha xatir. Allaha xatir o
13:28deməkdir ki, yəni sən Allaha bağlandın,
13:32əməlin və dünyanın mərkəzində Allahı
13:35qərar verdinsə,
13:38sən bütün dünyaya eşq bəsləyirsən. Bütün
13:41dünyaya məhəbbət bəsləyirsən, bütün
13:43insanlara məhəbbət bəsləyirsən.
13:45Yəni bu köklü, fundamental və dərin bir
13:50səbəbdir.
13:52İşlərin mərkəzində Allaha qərar vermək,
13:55həyatın mərkəzində Allahı qərar vermək.
13:59Sən insanı sevirsən. Niyə? Çünki Allahın
14:02yaratdığıdır.
14:04Sən ağacı sevirsən, suyu sevirsən, dağı
14:07sevirsən,
14:09elobanı sevirsən, torpağı sevirsən,
14:11bütün dünyanı sevirsən. Niyə? Çün
14:13Allahın yaratdığıdır.
14:15Allahın ailəsidir. İmam Səccadın
14:17buyurduğu kimi, məxluqat Allahın
14:20ailəsidir.
14:21İnsan və qeyri insan. Heyvanları
14:23sevirsən, mərhəmətli olursan onlara
14:26qarşı. Çünki sənin Rəbbin də
14:27mərhəmətlidir onlara qarşı.
14:31Buna ixlas deyərlər. Hər şeyi Allaha
14:34xatir icra edirsən.
14:37Bundan sonrakı mərhələsi, bundan da
14:38üstün mərhələ müxləslikdir. Müxləs
14:41nədir? Bayaq müxlisdən danışırdım, indi
14:44müxləsdən danışıram. Müxləs, yəni sən o
14:48qədər ixlaslısan ki, o qədər əməllərini
14:50Allaha xatir qoruyursan ki, artıq o
14:53səviyyəyə çatmısan. Allah səni qorumağa
14:55başlayır. Sənin ixlasını Allah
15:00qoruyur. Sanki bir sığorta qazanmısan. O
15:03sığorta Allahdır. O səni qoruyur.
15:07Həzrəti Yusifi yad edərkən Allah təala
15:09buyurur ki, o müxləs bəndələrdən. Allah
15:12Yusif necə qorudu?
15:14Onu günahdan qorudu, onu xəyanətlərdən
15:17qorudu, onu təhlükələrdən qorudu və
15:20axırda gətirib padşah etdi onu. Buna
15:24deyərlər müxləs. Artıq Allah qoruyur
15:27sənin əməllərini.
15:30Şəkur bəndə, yəni şükr edən bəndə bu iki
15:33xüsusiyyətin ikisinə də sahibdir.
15:36Və bu davamlılığın
15:39təzminatıdır.
15:41Bir insanın özü, adı,
15:45sanı, nəsli
15:48və işləri
15:51məhz buna xatir davam eləyir. Dünyada
15:54heç vaxt qırılmır. Yəni sanki sən ixlas
15:57nədir? Sən Allaha bağlanmısan. Allaha
16:00xatir yerinə yetirirsən işlərini.
16:03Daim onu nəzərə alıb iş görürsənsə,
16:08sən zamanın,
16:10zaman məfhumundan çıxmısan. Artıq zaman
16:13sənin üçün bir məhdudiyyət deyil. Məkan
16:16sənin üçün bir məhdudiyyət deyil. Allaha
16:19bağlanmısansa, Allah necə
16:20məhdudiyyətsizdir,
16:23zaman, zamanı yoxdur, məkanı yoxdur.
16:26Sənin əməlin, sənin özünün də zamanın və
16:29məkanın olmur artıq. Görürsüz, Nuh
16:31peyğəmbər neçə əsrlər bundan əvvəl
16:34yaşayıb, yaradıb, iş görüb. Amma Allah
16:38ta qiyamətə qədər onu qalıca eləyib.
16:41Peyğəmbərləri qalıcı eləyib. Bu şükrün
16:46ifadəsidir. Məsələn, hədislərimizdə var.
16:48buyurur ki,
16:57bütün hər hansı bir iş ki, orda
17:00bismillah deyilmir,
17:02Allahın adı ilə başlanmır, o əbtərdir.
17:06Yəni onun sonu yoxdur. Qırılacaq,
17:09məhduddur.
17:11Çünki bismillah, yəni Allahın orda
17:13razılığı yoxdur. Allahın adı yoxdur.
17:15Allah nəzərə alınmayıb və orda ixlas
17:18yoxdur.
17:20Ona görə o qırılacaq əptir.
17:23Hədis belə buyurur. Peyğəmbərdən olan
17:25hədisdir. İmamlarımızdan da
17:28bu buna aid çoxlu hədislərimiz var. Və
17:32Fatihə surəsində birinci ayənin
17:34təfsirində bismillahir rəhmanir rəhimlə
17:35başlayır Fatihə surəsi. Onun təfsirində
17:38də bu hədislər gətirilir ki,
17:40Quraniikərim nə üçün Fatihə surəsi ilə
17:42başlayır və bismillahir rəhmanir rəhimlə
17:44başlayır? Mənası budur ki, yəni Allahın
17:48adı ilə başlamalıdır hər Allaha
17:50xatir başlamalıdır hər
17:53Bu qalıcılığın
17:56rəmzidir və qalıcılığın təzminatıdır.
17:59Ona görə həzrəti
18:01Nuh peyğəmbərə
18:03Allah-tala salam göndərəndə çox fərqli
18:06bir salam göndərib.
18:09Salam vəam nuhin filəmin.
18:14Nuha aləmlər içrə salam olsun.
18:18Aləmlər içrə salam olsun.
18:21Bunu heç bir peyğəmbərə Allahtala
18:24göndərməyib bu salamı.
18:26Məsələn, həzrəti
18:28Musa peyğəmbər, Harun peyğəmbər, İbrahim
18:31peyğəmbərə də salam göndərib. Quranda
18:34sadəcə buyurur ki, salam Musa və Harun.
18:37Musa və Haruna salam olsun, İbrahimə
18:40salam olsun.
18:42Bu formada qeyd eləyir. Amma həzrəti
18:44Nuha çatanda isə buyurur ki,
18:50aləmlər içrə Nuha salam olsun.
18:53Düzdür ki, İsa peyğəmbər də
18:58beşikdə danışarkən orda özünə salam
19:00göndərir. Buyurur ki,
19:07üç gündə özünə salam göndərir. Həm
19:10doğulduğum gündə,
19:13öləcəyim gündə və yenidən diriləcəyim
19:16gündə mənə salam olsun. Bu da ona bənzər
19:19bir salamdır. Amma bu biraz məhduddur.
19:23Nu verilən salamdan biraz məhduddur.
19:27Yəhya peyğəmbərə də Allah salam göndərir
19:29o formada.
19:31Yəhyaya salam olsun doğulduğu gündə,
19:34öləcəyi gündə və yenidən qiyamətdə
19:37diriləcəyi gündə ona salam olsun. Bu
19:40formada bəli salam göndərib. Yenə də bu
19:43üç günü nəzərə aldıqda
19:46həzrəti Nuh verilən salamın yanında
19:48bunlar məhdud salamlardır.
19:51Nuha salam göndərərkən heç bir
19:54məhdudiyyət qoymadan buyurur ki, aləmlər
19:57içrə ona salam olsun.
19:59Ona görə əllaməib
20:02bu ayənin təfsirində qeyd eləyir,
20:04əl-mizanda qeyd eləyir ki, bunun mənası
20:06budur ki, aləmlər içrə qiyamətə qədər nə
20:10qədər insan gələcək, nə qədər ibadətlər
20:13olunacaq, nə qədər əməli saleh işlər
20:15görəcək, onların hamısında həzrəti Nuh
20:18şərikdir.
20:20Həzrəti Nuh şərikdir. Çünki bütün
20:23bunların kökü qayıdır həzrəti Nuha.
20:26O yenidən dünyanı qurdu. onun nəsli ilə
20:30bəşər çoxalmağa başladı və onun çəkdiyi
20:33əzab əziyyət çox uzun müddət oldu. Onun
20:37göstərdiyi səbr,
20:40onun etdiyi şükr müstəsnadır, istisna
20:44idi. 950 il bir insan səbr eləsin.
20:50Yəni ağza başa gəlir. Doqquz əsr yarım
20:55bir insan səbr eləsin,
20:58dözsün
21:01və
21:03ondan sonra Allahın əmri ilə dünyanı
21:06dəyişdirsin. Bu çətin bir işdir
21:09həqiqətən. Yəni sonu yoxdur da. nə qədər
21:12səbr eləyərsən.
21:14O istehzalara, o düşmənçiliyə, o nifrətə
21:17nə qədər səbr eləyərsən? O dil
21:20yaralarına, o tənələrə nə qədər səbr
21:22eləyərsən? O əzab əziyyətlərə
21:25gecə-gündüz dəvət elə. Yorulma bu yolda.
21:29Döysünlər, söysünlər, işgəncə etsinlər,
21:32amma yenə də səbr eləyəsən. Ona görə
21:35həzrəti Nuha təbarək təala bu cür salam
21:39verir.
21:43Aləmlər ikrə Nuha salam olsun. Bax
21:46bunlar həzrəti Nuh Nuhun məqamlarıdır
21:49Quranikərimdə ki, biz bu məqamlarla, bu
21:53ləqəblərlə, Allahın verdiyi adlarla
21:56Nuhun məqamını, onun kimliyini, onun
21:59xüsusiyyətlərini
22:01öyrənmiş olduq. Vəam alykum və
22:03rəhmətullahi və bərəkat.