Full transcript
0:12Bağışlayan və mehriban uca Allahın adı
0:15ilə. Allahın salavat, salamı olsun
0:17peyğəmbərimiz və onun pak ailəsinə.
0:21Salamlayıram. Əziz izləyicilərimiz, sizi
0:24Quran səfirlər verilişində xoş gördük
0:26sizləri.
0:28Biz bu verilişimizdə
0:30keçən verilişimizin ardı olaraq mərhum
0:34Əbdülbasid haqqında danışacağıq.
0:36Mərhum Əbdülbasid haqqında
0:39bəzi mövzulara toxunmuşduq və bəziləri
0:42qalmışdı. Belə fikirləşdim ki, onları
0:46qeyd etməsəm bəlkə də o mərhumun
0:48haqqında cəfa olmuş olar. Ona görə özümə
0:52borc bildim ki, o xüsusiyyətlər,
0:56o əxlaqi keyfiyyətlər,
0:59o səs keyfiyyətləri,
1:01o iman, o təqva, o əxlaq
1:05və o əzm ki, bu şəxsiyyətdə olub, onlara
1:10da hökmən işarə eləmək lazımdır ki, siz
1:14əziz izləyicilərimiz bu böyük şəxsiyyət,
1:17bu böyük qaratınız
1:20olsun.
1:21Əgər bizlər hər birimiz belə əzm etsək,
1:25belə çalışsaq ki,
1:27Quran yolunda, din yolunda, əhlibeyt
1:30yolunda xidmət etmək üçün bütün
1:34çalışmağımızı ortalığa qoysaq, Allah
1:37üçün o qapıları üzümüzə açar və
1:40çətinlikləri bizlər üçün həll edər. Hər
1:45birinizə məlum olduğu kimi verilişimizin
1:48adı Quran səfirləridir. Nə üçün? Çünki
1:51bunlar Quranı təmsil ediblər.
1:55Quran
1:57Allahımızın bizləri hidayət üçün
1:59göndərdiyi
2:01kəramətli bir kitabdır.
2:04Hikmətli bir kitabdır. Və bu Quranın
2:06bərəkətindəndir ki, tarixlər boyu kimlər
2:10ki, bu Quranın nuruna yığışıblar, özləri
2:14ləyaqət tapıblar, özləri şöhrət
2:17tapıblar, özləri nurlanıblar. Kimlər ki
2:20Quranın başına toplaşırlar, Qurandan
2:23istifadə edirlər, Allah Quran bərəkətinə
2:27bunların arasında mehribançılıq yaradır.
2:31Adəti üzrə Quran qarilərinin arasında
2:34mütaliələrdə də, bəlkə özünüz də
2:37görmüsüz, Quran qariləri arasında heç
2:39zaman ixtilaf olmaz. Quran qariləri
2:43həmişə bir-birlərinə ehtiram edərlər.
2:46Bir-birlərinin tilavətlərini
2:48dinləyərlər. Bu Quranın bərəkətindəndir.
2:51Mən özüm də bir dəfə böyük bir
2:54Azərbaycanımızın ruhanilərinin birindən,
2:56dilindən eşitmişəm. Deyir ki, Quranın
3:00bərəkətidir ki, dünyanın hər bir yerində
3:06Quran oxuyanlar varsa, Quranqariləri
3:08varsa, bir-birlərinə ehtiram edərlər. və
3:12bir-birlərinin tilavətlərinə çox böyük
3:15hörmətlə qulaq asıb onu alqışlayarlar,
3:19onun işini təmcid edərlər. Əbdülbasit
3:23ki, adı bunun Allahın adındandır. Bəsit
3:27adındandır. Allahın bəsit adı yəni açan
3:31bütün o bağlı qapıları, bütün
3:34çətinlikləri insanın üzünə açan ki, bu
3:39adddan götürülüb Əbdülbasidin adı. Və
3:41Allahın adı da bunun ömrünə bərəkət
3:45verib. Özü tərbiyəli qurana, Quranın
3:49hifzinə, yəni əzbərlənməsinə,
3:51Quranın qiraətinə
3:54və Quranın bütün sahələrinə çox böyük
3:58əhəmiyyət verərdilər. Həm özü, həm
4:01atası, həm babası. Ana-babası
4:05Əbdülbasidin o vilayətin böyük
4:08ariflərindən olub ki, çox böyük,
4:11abid və arif bir insan olub ki, atası,
4:15babasının da arzularından olub ki,
4:17bunların övladlarından kimsə qurana
4:21ömrün həsr eləsin. Allah bu işi gəlib
4:25Əbdülbasitə qismət eləyib. Bu günkü
4:28gündə də həmin şəhərdə Arma vilayətində
4:32Əbdülbasidin ana-babasının ki, adı Əbu
4:35Davuddur. Onun orda məqbərəsi vardır.
4:39Bunun həm atası, həm babası, həm
4:42qardaşları, həm əmiləri bunlar
4:44pərhizkarlıqda,
4:46yəni təqvalı olmaqda və həm Quranı
4:50oxumaqda, Quran hafizliyində
4:52insanlar arasında həmişə nümunə olublar.
4:57Altı yaşı var idi Ab Əbdülbasidin.
5:00Onda bu maraq yaranmışdı mən Quran
5:02oxumalıyam. Altı yaşında Quran
5:05əzbərləməyə başladı. Müəllimi onu kəşf
5:09elədi. Doğrudan insan bəzən bir də
5:12görürsən ki, şagirdlərin içərisində elə
5:15bir insan var ki, elə bir şagird var ki,
5:18sən onu görəndə deyirsən ki, bunda
5:20qeyri-adi bir enerji var. Bunda
5:23qeyri-adi bir bacarıq var. Əbdülbasid
5:26həminn şagirdlərdən idi. Müəllimi onu
5:30kəşf elədi ki, bu uşaqda qeyri-adi bir
5:33bacarıq var. Bunun nəfəsində qeyri-adi
5:36bir bərəkət var. Odur ki, buna daha çox
5:40diqqət ayırardı. Əbdülbasidin həyatında
5:43var. Əbdülbasid Quran qarilərini
5:47dinləməkdən ləzzət alarmış. az
5:49yaşlarında, uşaq vaxtlarında eşidərmiş
5:53ki, bunların şəhərlərinə yaxın bir kənd
5:56var. Orada Məhəmməd Rəfəd Quran oxuyur.
6:00Yəni Armand vilayətində Məhəmməd Rəfət
6:02ki, tilavət aləminin çox böyük
6:06şəxsiyyətlərindən olub, tanınmış
6:08şəxsiyyətlərindən olub, ömrün Qurana
6:11sərf eləmiş bir şəxsiyyət olub.
6:13Əbdülbasid gedərmiş onun tilavətini
6:15dinləyərmiş ki, təbii ki, o vaxtlar bu
6:19qədər miniklər, vasitələr yox idi ki,
6:22insanlar rahatlıqla minəydi, gedəydi,
6:24gedib istifadə eledib qayıda. Piyada
6:26gedərmiş, gedərmiş onun tilavətlərində
6:30iştirak eləyərmiş. Onun tilavətin
6:33beynində saxlayarmış. Bütün yol boyu
6:37mərhum Rəfətin tilavətlərin beynində
6:40zümzümə edərək öz evlərinə gələrmiş. 12
6:45yaşı olmamışdı hələ. O qədər gözəl
6:48tilavətlər edərmiş ki, camaat ona şeyx
6:51ləqəbi veriblər. Şeyx bir rütbədir ki, o
6:55zamanlar çox böyük adamlara, çox oxumuş
6:58insanlara o ləqəbə, o titulu
7:01verirmişlər. Amma Əbdülbasid 12 yaşı
7:04olmamış
7:06bu adı qazanmışdı. Bu titulu qazanmışdı.
7:09Bu ləğəbi qazanmışdı. Nə ilə? Tilavəti
7:13ilə. Quranı gözəl oxumağı ilə. 10 yaşı
7:18olardı ya olmaz. 10 yaşında
7:22Quranı əzbərləmişdi və hafiz olmuşdu.
7:26Atası bunun bu bacarığını gördü və buna
7:30dedi ki, oğlum mən istəyirəm səni
7:33göndərim Tənta şəhərinə. Tənta şəhəri o
7:36vaxtı Quran sahəsində böyük şəhərlərdən
7:39və Quran elmləri üzrə çox böyük alimlər,
7:43ustadlar var idi ki, orda istəyirdi ki,
7:45atası onu Mühəmməd Həmmadın ki, ustad
7:49idi, Məhəmməd Həmmad adında bir ustad
7:51var idi, şeyx Muhəmməd Həmmad göndərsin
7:54onun dərslərinə və onun dərslərindən
7:57qiraətləri öyrənsin. Onun dərslərindən
8:01Quran qiraətin daha yüksək keyfiyyətdə
8:03öyrənsin. Amma atanın övlada bağlılığı,
8:07övladın ataya, anaya bağlılığı bunlara
8:11səbəb olurdu ki, bunlar Əbdülbasitdən
8:13ayrıla bilmirdilər. Həm darıxırdılar ki,
8:16azyaşlı bir övladların göndərəcəklər
8:19qərib bir yerə gedib orda dərs oxuyacaq.
8:23Elə hey atası özüyə deyirdi ki, övladım
8:26qərib gedir, qərib bir yerə gedir. Amma
8:29bir gün özü-özünə dedi, qərib o deyil
8:32ki, öz atasından, anasından,
8:35qohumlarından kənarda qalsın. Çox böyük
8:37sözdür.
8:39Atası dedi, qərib o adamdır ki, onun
8:42məqsədi yoxdur. Qərib o adamdır ki, öz
8:46məqsədi üçün əzmkar olub addım atmır.
8:50Xeyr, mənim oğlum qərib olmayacaq. Mənim
8:53oğlum Quran elminə, Quran tilavət
8:57elmlərinə sahib olmaq üçün bir yerə
9:00gedir. Bizim yanımızda olmasa da, mənim
9:03oğlum əziz olacaq. Belə qərara gəlirlər.
9:06Bax budur əzizlər, mənim əsli sözüm bu
9:09sözün üstündədir.
9:11İnsan əzmkar olarsa, Allah sənin atdığın
9:15addımın neçə qatın sənə qarşı
9:20atar. Və Allah, o basit Allah, bütün
9:23qapıları insanın üzünə açan Allah, xəyal
9:27eləmədiyin, güman etmədiyin yerdən o
9:30bağlı qapıları üzü açar. Hazırlaşıblar.
9:34Sabahları Əbdülbasiti aparacaqlar Tənta
9:38şəhrinə, ustad Mühəmməd Həmmadın
9:41dərslərinə.
9:43Səhər eşitdilər ki, Mühəmməd Həmmad
9:46bunların şəhərinə gəlir. Armand şəhərinə
9:49gəlir. Məhəmməd Həmmad belə qərara gəlib
9:51ki, mən gəlim Armand vilayətində, gəlim
9:55bir orda məktəb qurum, gəlim orda
9:57uşaqlara Quran dərsi öyrədim. Gəlim
10:00Quran taliblərinə, Quransevərlərə,
10:04Quran həvəskarlarına Quran elmlərinin
10:07dərinliklərini öyrədib. Bax budur
10:09mehriban Allahımız. İnsanın xəyal
10:12etmədiyi yerdən. Sən ki fikirləşirdin
10:14övladın qərib olar, amma o mehriban
10:17Allah o Həmmadı, Mühəmməd Həmmadı
10:21Əbdülbasidin ayağına bu mənada ki, yəni
10:24ustad şagirdin ayağına gəlməz söhbəti
10:26deyil. Yəni məqsəd əzmkarlıqdan gedir.
10:29Əbdülbasitin
10:32tilavətdə şücaəti.
10:34Əbdülbasid çox şücaətli bir qari olub
10:39ki, biz dəfələrlə
10:41başqa verilişlərdə də Əbdülbasidin
10:44şücaətli tilavətləri haqqında əziz
10:46izləyicilərimiz sizlərə danışmışıq və
10:49əksəriyyətinüzün də məlumatları var. Heç
10:51kəsin bacara bilmədiyi o səs
10:55keyfiyyətindən istifadə etməklə tilavət
10:58etməyi Əbdülbasit edib. Bu şücaət orda
11:01onda hardan yaranıb? Bəli, xalqın onu
11:04sevməsindən, xalqın onu dəstəkləməsindən
11:07irəli gəlib. Xalq onu sevərdi. Xalq onun
11:10tilavətinə dəyər verərdi. Bir məlumatı
11:13da sizə çatdırım ki, Misirdə
11:16üç dənə Əhlibeytə məxsus
11:20məkan var. O məkanlardan biri həzrəti
11:23Seyyidşüəda İmam Hüseyn əleyhissalamın
11:26başının dəfn olunduğu yerdir. Bir
11:28rivayət əsasən İmam Hüseyn
11:29əleyhissalamın mübarək başı Misirdə dəfn
11:32olunub ki, orda Məscidül Hüseyn adı ilə
11:36bəziləri deyirlər ki, var İmam Hüseyn
11:37əleyhissalamın adı bağlı bir məsciddir.
11:40Və Misir camaatının İmam Hüseyn
11:42əleyhissalama xüsusi bir məhəbbəti,
11:44əhlibeytə xüsusi bir məhəbbəti var.
11:47məxsusən qarilər, qarilərin içərisində
11:51əhlibeyt imamlarına məhəbbəti olmayan
11:56insan və qari olubsa da belə deyək
12:00barmaq sayı olub. Əəti üzrə deyirlər heç
12:02olmayıb. Amma bəziləri deyirlər ki,
12:04olubsa da barmaq sayı olub.
12:07Misrlərin içərisində, ruhanilər,
12:10alimlərin içərisində əhlibeyt haqqında,
12:14əhlibeyt imamları haqqında danışmayan
12:16bir
12:18ruhani olmayıb. Yəni bütün ruhanilər
12:21əhlibeyt haqqında danışıblar. Əhlibeyt
12:23imamlarını insanlara çatdırıblar. Ola
12:26bilər təktük olsun ki, tanıtdırmasın.
12:28Belə insanlar da ola bilər olsun. Amma
12:31əsasən odur ki, bunlar əhlibeytə də
12:33bağlı insanlardırlar. Bəli, o
12:35məkanlardan biri Xanım Zeynəbin
12:38məzarıdır.
12:39Bəzi rivayətlərə əsasən Xanım Zeynəbin
12:42qəbri mən keçən verilişimizdə də
12:44demişdim, Misir şəhərindədir. Bəzi
12:47rivayətlər əsasən. Və orda Xanım
12:50Zeynəbin qəbri deyirlər var. Və orda o
12:53məscid var. Zeynəbiyyə məscidir. Xanım
12:56Zeynəbin mövludu 1950-ci ildə çox böyük
13:00təmtəraqla orda Xanım Zeynəbə mövlud
13:03keçirdirmişlər. Əbdülbasid də getmişdi.
13:0715 yaşı var idi. Orada iştirak eləyirdi.
13:11Orda böyük ustadlar əyləşmişdi. O
13:13ustadlardan Əbdülfəttah Şəşay, Mustafa
13:17İsmail, Əbul Əəyyneyn Şüayşə kimi böyük
13:20şəxsiyyətlər o məclisdə iştirak
13:22eləyirdilər. Təbii ki, o vaxtı onların
13:25bütün məclisləri Quran tilavəti ilə
13:27keçirilirdi və Quran qariləri
13:30növbə ilə Quran oxuyurdılar. Həminn
13:33məclisdə idi ki, Əbdülbasitin
13:36qohumlarından biri gedir. O məclisin
13:40aparıcısına və məsuliyyətli şəxsinə
13:43yaxınlaşır. Deyir, "Mənim bir qohumum
13:46var, balaca oğlandır, cavan oğlandır.
13:49İcazə versiz 10 dəqiqə burda Quran
13:51tilavət eləyər.
13:54Və təbii ki, indi orda ustadlar da var
13:56idi. Onlar da qəbul eləyirlər. Demirlər
13:59ki, yaşı azdır. O bizim yanımızda nə
14:01Quran oxuyacaq və çox gözəl qəbul
14:04eledir. Gəlsin 10 dəqiqə Quran oxusun.
14:08Baxın, Əbdülbasidin həyatının
14:11işıqlanması, çiçəklənməsi burdan
14:14başlayır. Xanım Zeynəbin mövludu
14:17və bir qohumunun vasitəsilə. Bəzən bir
14:21də görürsən ki, doğrdan biz bəzi
14:24məsələləri hər hansısa bir yerdə qeyd
14:27eləməkdən çəkinirik ki, bizə kimsə nəsə
14:29deyər. Amma hər hansısa bir nemətin
14:33aşkar olmasının qarşısını almış olarıq.
14:36Mehriban Allahımız, gözəl Allahımız
14:39Quraniikərimdə belə buyurur.
14:45Xatırladın.
14:46Bəlkə bizim yadımızdan çıxıb siz
14:48xatırladın. Belə bir Quran qarisi var.
14:51Çünki sizin xatırlatmaqda
14:54mənfəət var. Bəli. Əbdülbasidi
14:57xatırlatdılar. Əbdülbasid gəldi ilk
15:00olaraq orda Quran tilavət etməyə
15:02başladı. Səhv eləmirəmsə,
15:06Məryəm surəsini Əbdülbasid orda ilk
15:08olaraq tilavət eləməyə başladı.
15:11Əbdülbasidin tilavəti üçün 10 dəqiqə
15:14vaxt almışdılar. Əbdülvasid elə bir
15:17mələkuti bir səslə orda tilavət elədi
15:20ki, bütün orda olanlar elə bil bir
15:25anlığına hamısı donub qalmışdılar. Allah
15:28bu səs nə səsdir? Allah bu necə bir
15:31səsdir?
15:33Quran səsin insanların qulağına yeni bir
15:36səda dəymişdi. Quranı eşitmişdilər.
15:39Mərhum Mustafanın dilindən eşitmişdilər.
15:41Məhəmməd Rəfətdən eşitmişdilər. Şüyşədən
15:44eşitmişdilər. Amma bu yeni bir səsdir.
15:47Elə bir səsdir ki, bu səsdə bərəkət var.
15:50Bu səsdə nuraniyyət var.
15:54Hamı 10 dəqiqə sakit dayanıblar. 10
15:57dəqiqə qurtarandan sonrakı Əbdülbasit
16:00tilavətini tamamlamalıdır. Birdən-birə
16:04Allahu
16:06əkbər sədaları başladı məclisdən
16:09ucalmağa. Yəni davam elə. Və başladılar.
16:13Əbdülbasit üçün dua eləmək. Rəbbunə
16:18bizim Allahımız səni açsın qapıları. Dua
16:21elədilər. Ya Müşəbb
16:25çağırırdılar. Ay bizi doyduran Allah.
16:28Necə biri susuz olanda ona su verəndə
16:30sən onu sirab eləmiş olarsan. Allahı o
16:33cür çağırırdılar ki, bunun tilavəti bizi
16:36sirab elədi.
16:3910 dəqiqə icazə almışdılar onun üçün.
16:42onun tilavəti üçün. Amma o tilavət bir
16:45saatdan çox vaxt çəkdi və gözəl bir
16:49tilavət elədi. Hamını orda təriflədi və
16:52ondan sonra Əbdülbasit üçün doğrudan
16:55bütün qapılar açıldı. Əbdülbasit özü
16:58iqrar eləyir. Mən keçən verilişimizdə də
17:00buna işarə elədim. buyurur. Mənim
17:03Əbdülbasit olmağımın vəsiləsi
17:05əhlibeytdir.
17:07Mənim gəlib Əbdülbasit olmağımın
17:10səbəbkarı əhlibeytdir. Xanım Zeynəb
17:13məclisində, Xanım Zeynəb məclisində
17:17Xanım Zeynəb mənə şəfaət elədi. Mən
17:19gəldim belə bir qarı oldum. Bunların
17:22mərifətləri səbəb olub bunlar belə bir
17:25qari olublar.
17:27Hətta həmişə hamı deyərmiş Əbdülbasid
17:31təkcə Misir üçün yox,
17:34Əbdülbasid təkcə müsəlmanlar üçün yox,
17:37Əbdülbasid
17:40bütün dünya üçün Allahın göndərdiyi bir
17:44hədiyyədir.
17:47Çünki Əbdülbasit elə bir tilavət edərmiş
17:50ki, müsəlmanlar, heç Quran haqqında
17:53məlumatı olmayan insanlar onun səsindən
17:56ilhamlanıb, onun səsindən imana gəlib
18:00iman gətirərmişlər. Əbdülbasidin səsinə
18:03insanlar o qədər aşiq idilər ki, radionu
18:07camaat bundan ötrü alırmışlar ki,
18:09Əbdülbasitin səsini dinləsin. Hətta
18:12qonşular kimin ki evində radio var imiş.
18:15Əbdülbasid Quran oxuyanda radionun
18:18səsini çox verərmişlər ki, biz ki bu
18:20feyzdən faydalanırıq. Qoy radiosu
18:24olmayan qonşularımız da Əbdülbasitin
18:28bu bərəkətli səsindən istifadə edə
18:31bilsinlər. Bəli əzizlər, əziz
18:33izləyicilərimiz. Əbdülbasid ki, belə bir
18:36nemətə yiyələnmişdi. Allah ona belə bir
18:40məqam vermişdi. Bununla yanaşı onun nə
18:43qədər əxlaqi keyfiyyətləri olub.
18:46Doğrudan Quran əxlaqını mənimsiyib. O
18:50insan heç bir zaman ki, bu qədər
18:53yüksəlmişdi, hamı istəyirdi Əbdülbasit
18:57oxusun, hamı istəyirdi Əbdülbasit
18:59tilavət eləsin. Heç bir zaman təkəbbür
19:02mənəm-mənəmli getməzdi. Təqvalı insan
19:05idi. Geyiminə məxsusən diqqət eləyərmiş.
19:09Deyərmiş biz Quran səfirləriyik.
19:11Biz gərək paltarımızla təmiz ola.
19:14İnsanlar bizim
19:16dilimizdə qəbul eləməsinlər ki, Allah
19:19təmizləri sevir. Biz paltarımızda,
19:22üstümüz də, nəfəsimiz də təmiz olmalıdır
19:25ki, biz nümunə olmalıyıq.
19:28Əbdülbasitin ləqəblərindən biri Məkkə
19:32səsi olub. Məkkə səsi nə deməkdir? Niyə
19:35buna Məkkə səsi deyiblər? Çünki Quran
19:38ilk olaraq Məkkədə nazil olub.
19:42Peyğəmbərimiz Əbdullah ibn Məsud Quran
19:45oxuyanda necə kövrəlib ağlayarmış.
19:48Əbdülbasid Allah onun ruhunu şad eləsin.
19:52Rizvanullah təala əley Əbdülbasid Quran
19:56oxuyanda insanlar ağlayardılar. Hətta
19:59bəzi tilavətlərində var. Əbdülbasid özü
20:02də belə ağlaya-ağlaya
20:04tilavət eləyərmiş. Onun duha surəsinin
20:08tilavətinə baxanda
20:13ayəsini tilavət eləyəndə elə bil
20:16insanların qəlbi Allahın rəhmət yağışı
20:20ilə yujulur, paklanır. Əbdülbasidəmək
20:27ayəsini oxuyanda ürəklər aram olardı.
20:32Zeytun
20:34surəsini tilavət eləyəndə elə hüznə
20:37tilavət edərdi ki, insanların ruhları,
20:40canları behiştə uçardı. İnsanlar belə
20:44təsəvvür eləyərdilər ki, biz behiştə
20:47hal-hazırda seyr eləyirik. var ki,
20:50Əbdülbasitin səsi kəbənin ətrafında.
20:54Hacılar kəbəni təvaf eləyəndə, qulaqlara
20:57dəyəndə hacılar özlərin Allah ayələri
21:01nazil olan halda hiss edərdilər.
21:08Ayəni tilavət edəndə məclisdə olanlar
21:12ayələrin elə bil hal-hazırda nazil
21:15olduğunu hiss edərdilər.
21:22Bu ayələri tilavət edəndə insanlar
21:26qəflət yuxusundan ayılar, günahlarını
21:29hiss edərdilər və istəyərdilər ki, tövbə
21:33eləsinlər.
21:35Adiyat surəsi, Qariət surəsi, təkasur
21:40surəsi. Bu surələr insanları qəflət
21:45yuxusundan oyadardı. Əbdülbasid bu qədər
21:49qurana ömrün vermiş, bu qədər Quran üçün
21:54xidmət eləmiş bir şəxsdir. Bəli. İnsan
21:57bəzi hallarda Quranı dərk eləyəndə,
22:00insan bəzi hallarda Quranı o gözəl
22:03səslərlə öz canında, öz ruhunda hiss
22:07eləyəndə onları mənəvi halda yaşamağı
22:10insana ləzzət verir. Mən istəyirəm iki
22:14nümunə siz əziz izləyicilərimizə təqdim
22:17eləyim və bununla da söhbətimi
22:19yekunlaşdırım, sizləri Allaha tapşırım.
22:23Mən bir dəfə bir tilavət mənə rast
22:25gəlmişdi. Həzrəti Məryəm əleyhissalamın
22:30hadisəsi ki, onu mən keçən dəfə
22:32verilişimizdə qeyd eləmişdim ki,
22:35Əbdülbasitin dilindən onu insan kinoda
22:39sintez eləyəndə görürsən insan o
22:41hadisəni yaşayırmış kimi özünü hiss
22:43edir.
22:45يا
22:49اختارون
22:52ما كان
22:55ابوك
22:56امرا واسوء
23:00وما كانت
23:03امك
23:05بغيا
23:08فاشارت
23:10اليه
23:12قالوا
23:14كيف نكلم
23:17من كان في المهد صبيا
23:24قيد
23:37və yaxud İmam Əli filmi var orda mərhum
23:40Əbdülbasitin dilindən
23:42Malikəşdər nəxəyinin şəhid olma anında
23:47bir tilavət olunan ayə var.
23:52İnsan o halı eşidəndə, o ayəni eşidəndə
23:57doğrdan o qəlbinə tökən kədər,
24:00hüznəsiyyətin
24:03ölümü ilə birgə tilavət olunub. İnsan o
24:06ayələrin əzəmətini dərk eləyir. Bəli. Bu
24:09bərəkətli şəxsiyyət, bu böyük ustad
24:13Quranı elə tilavət eləyirmiş ki,
24:15insanlar o Quranikərimin ayələrin
24:19canları ilə, ruhları ilə qəbul
24:22edirdilər. Bu insan baxmayaraq ki, maddi
24:25aləmdə bizim aramızda yoxdur, amma
24:28mənəvi aləmdə o bizim yenə aramızdadır.
24:31Onun o mələkuti səsi, onun o məkkə səsi
24:34yenə bizim qulaqlarımızdadır. Allah
24:37ruhunu şad etsin. Allah bizləri də
24:40qurana, dinə və əhlibeytə xidmət etməyə
24:44müvəffəq eləsin. Allah amanında gələn
24:47verilişlərədək.